Cümə axşamı, 17 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bu sözlər sıradan çıxacaq – Siyahı



Dilçi alim Şahlar Məmmədov


Bir daha -iyyat, -iyyət və -iyyə şəkilçili sözlər haqda yazıram. Bu şəkilçilərlə düzələn sözlərin 80 faizindən çoxu şəkilçiləri ilə birlikdə işləkliyini itirib. Bir hissəsi işləkliyini tədricən itirməkdədir, bir hissəsi “öz şəkilçilərindən” imtina edərək, milli “-lıq4” şəkilçisinə qoşulur, bir hissəsi sinonim vahidlərlə əvəz olunur.

Bu şəkilçilər dilin tələbinə uyğun olaraq tək y ilə tələffüz olunur və ola bilər, gələcəkdə həmin şəkilçilərlə düzələn sözlər işləkliyini tam itirsin:

1. -iyyat, -iyyət, – iyyə şəkilçilərinin yerini tədricən -lıq 4 şəkilçisi tutacaq: safiyyət – saflıq, bəşəriyyət- insanlıq, fərdiyyət – fərdilik, qüdsiyyət – müqəddəslik, nisbiyyət – nisbilik, rəsmiyyət – rəsmilik, tabeiyyət – tabelik və s.

2. Bu şəkilçilər qoşulduğu söz kökləri ilə birlikdə arxaikləşir: cudiyyə, tüfuliyyət, məriyyət, tahiyyə, qəriyyə, mafiyyə, həqqaniyyət, bərbəriyyət və s.

3. Bu şəkilçili sözlərin az bir qismi öz varlığını qoruyacaq: ədəbiyyat, fəaliyyət, səhiyyə, hədiyyə və s.

4. Bu şəkilçili sözlər öz yerini tədricən sinonim vahidlərə, milli sözlərə verəcək: mövcudiyyət – varlıq, turiyyə – dağlıq, səmimiyyət – istiqanlılıq, lüzumiyyət – gərəklik, qüdsiyyət – qutsallıq, tərəqqiyyat – yüksəliş, qalxınma və s.

5. Tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlərin bir [y] ilə tələffüzü nə qədər təbiidirsə, bu şəkilçilərin bir y ilə yazılışı da bir o qədər məntiqlidir. ədəbiyyat -ədəbiyat, hədiyyə -hədiyə, rəsmiyyət – rəsmiyət və s.

Nümunə üçün:

Ləgviyyat – boşboğazlıq

Cevriyyə – cəfa, zülm

Cəbriyyə – məcbur edilmiş

Cudiyyə – əliaçıq, səxavətli

Şəmsiyyə(t) – günəşə aid olan

Bəhriyyə – dənizə aid olan

Bəşəriyyət – insanlıq

Bədriyyə – 14 gecəlik ay

Tüfuliyyət – uşaqlıq dövrü

Səriyyət – Yeddiqardaş ulduz

Səmimiyyət – mehribanlılıq, istiqanlılıq

Hökmiyyə – hökmə aid olan

Tərəqqiyyat – inkişaf

Tabeiyyət – tabelik

Fərdiyyət- fərdilik

Şükriyyə – razılıq, təşəkkür

Qüdsiyyət – müəqəddəslik, təmizlik

Fəxriyyət – hörmət, şöhrət

Lüzumiyyət – lazımlıq

Müaviyyə – gömgöy

Məriyyət – gözlə görünən

Mərziyyət -xoşagələn

Mafiyyə – qiymətli su

Tahiyyə – aşpaz, xeyir-dua vermə

Turiyyə -dağlıq

Tibbiyyə – tibb

Qəziyyə – hadisə, əhvalat

Qəriyyə – istedad, şüur

Nisbiyyət – nisbilik

Nəzmiyyət – poeziya

Hürriyyət – azadlıq

Həqqaniyyət – ədalət, vicdan

Bərbəriyyət – vəhşilik, barbarlıq

Hərbiyyə – hərbi və əsgəri işlərə baxan dövlət idarəsi; hərbi”.



pia.az
Etiket:
loading...