Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şirniyyatları uşaqlara əsla verməyin

Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqan və beynin fəaliyyəti üçün vacibdir


Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün də lazımdır. Orqanizmdə karbohidrat çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin buna baxmayaraq hazırda şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq.

PİA.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova universitetin mətbuat xidmətinə bildirib.
Hazırda çox aktual problemlərdən olan uşaqların şirniyyata bağlılığı haqqında danışan pediatr bildirib ki, bu həvəs yalnız dad hissiyyatı ilə bağlı deyil: "Piy kütləsinin artması, maddələr mübadiləsinin pozulması, qida allergiyasının formalaşması, qaraciyər və mədəaltı vəz fəaliyyətinin pozulması, ikinci tip şəkərli diabet, uşaq yaşlarından piylənmə hallarına səbəb olur. Belə olduqda bəzi şirin qidalardan imtina etmək lazımdır. Bunlara qazlı və şirin içkilər, uşaqlar üçün hazırlanmış sovurma konfetlər və saqqızı aid etmək olar ki, onlar məhdud miqdarda istifadə edilməlidir. Bunların arasında ən ziyanlısı şirin qazlı içkilərdir. Bu içkilərin tərkibinə böyük miqdarda şəkər və şəkərəvəzedicilər əlavə olunur. Belə ki, 50 ml şirin içkinin tərkibində təxminən beş çay qaşığı şəkər olur. Bu içkilərin tərkiblərində olan alma, limon və s. turşular isə şəkərin qana tez sovrulmasını təmin edir ki, bu da mədəaltı vəzini gücə salır, rəngləndirici, ətirləndirici və digər kimyəvi əlavələr isə böyüməkdə olan orqanizmə mənfi təsir göstərir.
İkinci yerdə sovurma konfetlər və saqqızlar durur. Onların da tərkibi qazlı şirin içkilərlə eynidir. Şokolad, zefir, marmelad kimi şirniyyatlar da az istifadə edilməlidir. Onu da qeyd edim ki, bu qidaların tərkibində xeyirli maddələr-pektin və jelatin var. Pektin mədə bağırsaq sisteminin işinə, jelatin isə saç və dırnaqlara xeyirdir. Lakin satışda olan məhsulların tərkibində rəngləndirici və ətirləndirici maddələr də çoxdur. Bu səbəbdən almadan öncə tərkibində təbii inqrediyentlərin olmasına diqqət yetirmək lazımdır. Bu qidaları uşaq rasionuna iki yaşdan tez daxil etmək olmaz. Bundan başqa onların tərkibində bir çox mikroelementlər də var. Şokoladın tərkibində kalium, maqnezium, dəmir var. Uşağa şokolad alarkən çox seçici olmaq lazımdır, tərkibində konservantların olmaması və keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Ən əsası isə şokoladı üç yaşdan kiçik uşaqlara vermək olmaz".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar