Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq


Ermənistanın işğalçılıq siyasəti nəticəsində köçkün düşmüş 1 milyondan artıq azərbaycanlının mənzil və məişət şəraitinin yaxşılaşması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır


Həyata keçirilən tədbirlər ilk növbədə, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Amma bu günə qədər məcburi köçkünlərə dövlət tərəfindən verilən mənzillərlə bağlı qara məqamlar olduğu kimsəyə sirr deyil, bunu bilməyən yoxdur.

 "Qaçqınkom”da son dəyişiklikdən sonra baş verən neqativlərin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür.

Belə ki,  hazırkı rəhbərliyin göstərişi ilə bütün məcburi köçkünlərə məlumat verilib və xüsusi xəbərdarlıq edilib ki, mənzillərin verilməsi zamanı kimsə  onlardan bir manat belə vəsait tələb etsə, həmin adam barədə dərhal məlumat versinlər. Bununla bağlı "Qaçqınkom”un bütün əməkdaşlarına isə  xəbərdarlıq edilib. Bu hallara yol verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Məsələdən xəbərdar olan köçkünlər sevinc içindədirlər.

Bundan sonra hər şey ədalətli şəkildə həll ediləcək.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov modern.az saytına danışarkən  "Qaçqınkom”un yeni rəhbərliyinin etimadları doğruldacağını deyib:

"Açığı, məcburi köçkünlərə uzun illər ərzində mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam. Hansısa məcburi köçkün belə hallarla qarşılaşıbsa, şikayət etməli və ya məlumat verməlidir. Digər tərəfdən bilirsiniz ki, "Dövlətqaçqınkom”da rəhbərlik dəyişdi, cənab Prezident tərəfindən yeni sədr təyin olundu. Yeni sədr Rövşən Rzayevi deputat fəaliyyəti dövründə tanıdığım müddətdə onu fəal, vətənpərvər, dövlətçi, bacarıqlı biri kimi tanımışam. Bu baxımdan əminliklə deyə bilərəm ki, Rövşən Rzayev bu təyinatda etimadı doğruldacaq”.

Deputat hesab edir ki, Rövşən Rzayevin sədrliyi dövründə komitənin fəaliyyətində hər hansı neqativ hala yol verilməyəcək: 

"Təbii ki, Rövşən Rzayev gənc kadrdır, yeni təyinatdır və o da özünəməxsus üsullarla idarəetməni apararaq cənab Prezidentimizin ona  göstərdiyi etimadı doğruldacaq. Hamıya məlumdur ki, qaçqın, məcburi köçkün kateqoriyasına aid olan insanlarımız çoxsaylı problemlərlə üzləşirlər. Mənzil-məişət, iş, təhsil, sağlamlıq şəraiti və.s kimi məsələlər çoxdur. Bu problemlərin həlli ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin dövründən tədricən davam edir. Mən də bir məcburi köçkün kimi istərdim ki, bu problemlərin ən yüksək səviyyədə yekun  nəticəsi  olsun. Bu da o zaman olacaq ki,  biz torpaqlarımızı işğal altından azad edəcəyik , bütün köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar. 

Ölkə başçısı məcburi köçkünlərin bütün problemlərinə hər zaman diqqət göstərib. 2003-cü ildən bu günə qədər 90-dan çox irili-xırdalı, müxtəlif tipli  qəsəbələr salınıb, 300 minə yaxın məcburi köçkün mənzillərlə təmin olunub.Təbii ki, "Dövlətqaçqınkom”, onun rəhbərliyi cənab Prezidentin tapşırıqlarını hər zaman yüksək səviyyədə yerinə yetirir və bundan sonra da belə olacaq. Biz də arzu edirik ki, bu sahədə heç bir mənfi halla qarşılaşmayaq, xoşagəlməz fikir eşitməyək”. (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar