Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu sahədə işləyənlərin maaşları artırıla bilər - Təklif

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib.

 APA-nın xəbərinə görə, komitə sədri bu məsələyə baxılmalı olduğunu deyib.
 
Deputat Elmira Axundova isə Azərbaycanda çox peşəkar həkim ordusunun olduğunu qeyd edib, onların maaşlarının az olduğuna diqqət çəkib: “Biz gənclər tibb sahəsində xaricdə, xüsusilə Türkiyədə təhsil aldıqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Bu, artıq kütləvi hal alıb. Çünki onlar gəlib burada az maaşa çalışmaq istəmirlər. Poliklinikada tibb bacısı 110-120 manat maaş alır. Savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Nəticədə də ələbaxımlıq, digər mənfi hallar yaşanır. Belə halları aradan qaldırmaq üçün də həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır".
 
Deputat anadangəlmə fiziki qüsurlu şəxslərin də müavinətinin az olduğunu bildirərək qeyd edib ki, gələn il Maliyyə Nazirliyi buna da diqqət etməlidir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar