Xəbər xətti

22 YANVAR

20:24 Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər

20:16 İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

20:09 Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı

20:00 Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var

19:53 Ermənistanın Müdafiə Nazirliyi çöküb

19:46 2017-ci ildə 2878 şəxs həbs olunub

19:39 “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq” - ABŞ dövlət katibi

19:31 AŞ baş katibi Azərbaycanda haqqında müsbət rəy verdi

19:23 Azərbaycandan çıxışına blok qoyulan şəxslərin sayı açıqlandı

19:15 Çavuşoğlu Tillersonla görüşəcək - Afrinlə bağlı kritik görüşmə

19:07 Əməliyyat Qərargahı alpinistlərin axtarışı ilə bağlı yeni məlumat yaydı

18:59 Yığmamızın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:52 Elzanın bacısı: “Vaxt gələcək onu dahi şair kimi qəbul edəcəklər”

18:46 Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

18:44 “Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib” - PYD nümayəndəsi

18:36 Gəncədə 80 yaşlı kişi intihar edib

18:29 Ötən il 30 min adam saxlanılıb - 3 mini dilənçidir

18:20 Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

18:12 Kərə yağının gömrük rüsumu azaldıldı… - Qiymətlər yenə düşmədi

18:05 Azərbaycana qanunsuz miqrasiya təşkil edən 15 nəfər saxlanılıb

17:38 Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

17:22 Bakıda itkin düşən qız tapılıb

17:10 Ərdoğan: “Afrindəki kürdlər bizə təşəkkür edəcəklər”

16:51 Tanınmış alim vəfat etdi

16:42 Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək

16:22 Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

16:11 Qaxda canavarlar fermaya hücum edib, 37 qoyunu parçalayıb

15:57 Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”

15:51 Bakıda İran vətəndaşının meyiti tapılıb

15:45 Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

15:09 Azərbaycanın lüğət davası: Dilçilik İnstitutu quyuya bir daş atıb...

15:01 AŞPA-nın yeni prezidenti seçildi

14:47 Roma Papasına 350 kiloqramlıq heykəl bağışladılar

14:37 Nardaranda 15 hektarlıq torpağa kim göz dikib?

14:26 “ZEYTUN BUDAĞI” əməliyyatının daha bir sirri :Rusiya-Türkiyə qaz sazişi

14:18 Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

14:05 Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı

13:52 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb

13:06 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

13:04 BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?

13:00 “19 dəfə terrorra cəhd”: Bəhreynli nazir İranı ittiham etdi

12:50 İki nazir müavini ixtisara düşüb

12:38 “ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”

12:11 Bu şəxslərə dərman satmaq qadağan edilir

12:08 Uilyams: “FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər”

11:48 Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

11:33 “Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

11:21 Deputat Ağalar Vəliyevin biznes imperiyası

11:20 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

11:11 DTX son illərin ən iri mütəşəkkil qaçaqmalçılığını ifşa etdi - 80 milyon dollar, 5 milyard Rusiya rublu

11:07 Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər

10:59 Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

10:44 BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

10:33 Dərslər nə vaxt başlayır? - RƏSMİ

10:32 Homoseksuallıq xəstəlik deyil, əxlaqsızlıqdır

10:26 Cim Mattis: “Türkiyə ABŞ-ı Suriyada hücumlardan əvvəl xəbərdar edib”

10:15 Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

10:03 Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib

9:59 Sarkisyan Parisdə danışıqlara başlayır

9:54 Manatın məzənnəsi

9:50 ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar

9:46 Ərdoğan “Zeytun budağ”ndan danışdı

9:42 Neft bahalaşdı

9:39 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

9:35 Qarabağda ədalətli sülhün tək qarantı - hərbi güc diplomatiyası

9:29 Bu gün Davos İqtisadi forumu başlayır

9:25 Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”

9:21 Ticarət mərkəzinin önündə bomba partladı

9:17 Ümid sədri: “İstədiyim budur, versinlər, siyasətdən gedək”

9:14 Ölkədə “çürük bank”ların sayı artır

9:10 Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

9:07 Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”

9:03 Bu gün AŞPA-nın qış sessiyası başlayır

9:00 Bu gün bürcünüz nələr vəd edir?

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub

18:25 Mahaçqalanın meri həbs edildi

17:52 Rusiya və Azərbaycanın axtardığı şəslər tutulub

17:34 Gəncə sakini avtomobillə azyaşlı övladını vuraraq öldürüb

17:18 Afrin əməliyyatından son xəbər: ilk kənd PYD-nin əlindən alındı

17:02 Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təklif edib

16:44 Ağdamda bir ailənin 5 üzvü zəhərləndi

16:35 Praqada oteldə yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib

16:22 Bakının 3 qəsəbəsində su olmayacaq

16:13 Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

15:55 Tillerson Lavrovla Suriyadakı vəziyyəti müzakirə etdi

15:40 Türkiyə Afrində PKK terrorçularının mövqelərinə 153 zərbə endirib

15:33 Telman İsmayılovun “Tropikano“ biznes-mərkəzinə məhkəmə qadağası

15:20 OPEC+ bu gün Vyana sövdələşməsindən çıxmağımüzakirə etmək niyyətində deyil

15:05 Müdafiə Nazirliyi: Bədbəxt hadisə nəticəsində hərbi qulluqçu həlak olub

14:55 Penelope Kruz məşhur təcavüz qalmaqalından danışdı: “Ürəyim parçalandı“

14:40 Azərbaycan XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

14:25 Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb

14:08 “Efirlərə gündə bir sponsor tapan qızlar gələ bilər...“ - Dostəliyeva

14:05 Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb

13:55 Ağ Ev zənglərə cavab verilməsini dayandırıb

13:42 Türkiyə Rusiya və İranın “Zeytun budağı“ əməliyyatına münasibətinə aydınlıq gətirib

13:37 Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı – Biri ölüb

13:10 Sabah hava küləkli, dumanlı olacaq

13:05 "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

12:55 Dəhşətli qətlin təfərrüatları: 19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?

12:40 Paris Bakının namizəd olduğu “Expo-2025“ ilə bağlı müraciətini geri götürüb

12:15 Azərbaycanda tütün, qida və içki istehsalı artıb

12:05 Türkiyə tankları Afrinə daxil olub

11:47 Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

11:42 “Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir“

11:37 Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edilib

11:20 Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı- Bu səbəbdən

11:12 Çaylardakı vəziyyətlə bağlı son məlumat – Sululuq səviyyəsi dəyişib

11:05 Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib- Bəyanat

10:50 "ABŞ-ın törətdiyi təxribatlar Afrindəki böhrana səbəb olub"

10:38 Keçmiş səfir “Qalatasaray”ın yeni İdarə Heyətinə üzv seçilib



ƏDƏBİYYAT

...

Bu rəssamın əsərlərini əri öz adına çıxırdı

Tarix 16.12.17, 13:31

Font ölçüsü : - / +
bitmap-img6

Mirmehdi Ağaoğlu yazır...


Rəssamların üslublarının tarixçəsini araşdırıb-öyrənmək sevimli işimdir. Bu bir az da dəfinə axtaranların həyəcanına bənzəyir, xüsusən təxminlərim doğru çıxanda.
 
Deyirlər Klod Monenin gözündə katarakta varmış, əsərlərindəki dumanlı atmosfer də burdan qaynaqlanır. Pablo Pikasso miqrendən əziyyət çəkdiyi üçün kubist rəsmlər yaradırmış. Alimlər müəyyənləşdiriblər ki, Pikassonun əsərlərinin bəzilərinin tutma vaxtı keçirdikləri hissləri çəkən miqren xəstələrinin rəsmlərilə inanılmaz bənzərlikləri var. Henri Russonun obrazlarının primitiv, kobud alınmasının bir səbəbi vardı, fırça ustasının akademik təhsili yox idi. Onun üçün elementar detalları olduğu kimi çəkə bilmirdi.
 
Rene Maqrittin əsərlərində niyə bu qədər şlyapa var? Başqa bir sual: yaratdığı sevgili obrazları niyə üzlərini örtüklə gizlədirlər? Cavab rəssamın bioqrafiyasında gizlənib: Maqrittin şlyapaçı olan anası o uşaqkən özünü çaya atmışdı. Meyiti sudan çıxaranda isə üzü görünmürdü, bəyaz donu üzünü örtmüşdü. Bütün bu ağrılar, rahatlıqverməz xatirələr sonradan sürrealizmin bənzərsiz nümayəndəsinin əsərlərinə həkk olunacaq, onun üslubunu təşkil edəcəkdi.
 
Marqaret Kinin tablolarında özünə əbədi yuva qurmuş iri gözlü uşaq obrazlarını görəndə də öz-özümə sual verdim: Görəsən onu belə iri gözlər çəkməyə vadar edən nəydi? Bu üslubun arxasında hansı əhvalat, hansı ağrı dayanır? Axı bu heç nədən formalaşa bilməz, onu bu üslubu yaratmağa vadar edən bir səbəb olmalıdır?
 
Bu maraqla da XX əsrin məşhur Amerikan rəssamı Marqaret Kinin həyatından bəhs edən "İri gözlər" filminə baxdım.
 
Ən əvvəl onu deyim ki, Marqaret Kinin adına Vikipediyada rəssamlar haqqında film axtararkən təsadüfən rast gəlmişdim. Daha sonra rəsmlərinə baxanda yuxarıda dediyim məqam diqqətimi çəkdi.
 
Marqaret Kin 1927-ci ildə anadan olub. Ötən əsrin 60-cı illərində əsərləri qalereyaları bəzəyən Marqaret Kinin tanınmağı bir məhkəmə qalmaqalı nəticəsində baş tutdu.
 
Həmin məhkəməni XX əsr rəssamlığında ən səs-küylü işlərdən hesab etmək olar.
 
Məhkəməyə qədər Marqaret Kin adı məlum deyildi. Çünki əsərləri özünün deyil, həyat yoldaşı Uolter Kinin adı ilə tanınırdı. Uolter bunu ilk dəfə sırf kommersiya marağından etmişdi. Barların birində təşkil etdiyi ilk sərgidə xanımının əsərlərinin daha çox diqqət çəkdiyini görən Uolter bir tərəfdən qadın rəssamların cəmiyyətdə tanınmağının çətin olduğunu düşündüyü üçün, digər tərəfdən məşhurlaşmaq arzusu ilə yanıb-yaxıldığına görə əsərləri öz adına çıxır və güclü marketinq bacarığı sayəsində onları satır. Qısa müddət ərzində Uolter Kinin şöhrəti hər yerə yayılır. Marqaret etiraz etsə də, Uolter tablolara görə böyük pullar aldıqlarını bəhanə gətirərək həyat yoldaşını üzə çıxmağa qoymur. Malbert qarşısında dayanmaqdan başqa arzusu olmayan Marqaret dinməzcə ərinə tabe olur, əsərlərinin gətirdiyi şöhrətin dadını ərinin çıxarmasına göz yumur. "Qul"a çevrilən Kin, evlərindəki gizli emalatxanada dayanmadan çalışır, şöhrətpərəst həyat yoldaşı üçün rəsmlər çəkir.
 
O illərdə Marqaretin təkcə tabloları deyil, əsərlərinin əks olunduğu açıqcalar, posterlər də Amerikada yayılır. Təbii ki, Uolter poster və açıqcaların satışından da qazanır. Kin ailəsi dəbdəbəli həyat yaşamağa başlayır.
 
On ildən artıq belə davam etsə də, Marqaret daha ərinin despotizminə dözə bilmir. Üstəlik sənətə qarşı dürüst davranmadığı üçün vicdan əzabı çəkir. Ən ülvi hisslərin bəhrəsi olan bu əsərlərin yoldaşının kommersiya maraqlarına, şöhrət aludəçiliyinə qurban getməsini sindirə bilmir. Havay adalarına köçüb qızı ilə bir müddət orda yaşayan Marqaret Kin Yehova şahidlərinə qoşulur. Onlarla tanışlıq uzun müddət qəlbində boşluq yaşayan Marqaretə yaxşı təsir edir, tədricən özünə gəlir, güc qazanır. Bundan sonra o əsərlərin həqiqətdə özünə məxsus olduğunu elan edib müəlliflik hüququnu sübut etmək üçün həyat yoldaşını məhkəməyə verir.
 
Ancaq Marqaretin müəllif hüququnu bərpa etmək üçün dəlillər kifayət etmir. Çünki "irigözlü qızlar"ı Marqaret gizlincə, öz emalatxanasına qapanıb orda çəkirdi. Çətin vəziyyətdə qalan hakim Marqaret və Uolterə bir saat vaxt verərək məhkəmə prosesi gedə-gedə irigözlü uşaq rəsmi çəkməyi tapşırır. Bir qədər keçəndən sonra Uolter çiyninin ağrıdığını bəhanə edir. 53 dəqiqəyə rəsmi çəkib qurtaran Marqaret məhkəmə prosesini udur.  Bir neçə il əvvəl vəfat edən Uolter ömrü boyu dəfələrlə molbert qarşısında poz verən fotolar çəkdirsə də, onun bircə dəfə olsun kətan üzərində fırça gəzdirdiyini görən olmayıb. Qəribədir ki, məhkəməni uduzsa da Uolter o rəsmlərin arvadına aid olduğunu heç vaxt etiraf etməyib.
 
Marqaret isə sağdı, yenə də iri gözlü uşaq rəsmləri çəkir.
 
"Super gözəllər" çoxseriyalı cizgi filminin rəssam-animatoru Kreyq Makkerken Marqaret Kinin yaradıcılığından ilhamlanaraq personajlarının gözlərini iri çəkib. Rejissor Tim Börton isə 2014-cü ildə rəssamın həyatından bəhs edən "İri gözlər" adlı filmi ekranlaşdırıb.
 
Marqaret Kinin əsərlərini cəlbedici edən yuxarıda dediyimiz kimi, onun personajlarının gözlərinin iri olmasıdır. Rəssamdan bunun səbəbini soruşanda o deyir: "Uşaq vaxtı bir dəfə qulaqlarım tutulmuşdu. İnsanların danışığını anlaya bilmirdim. Buna görə də onları başa düşmək üçün gözlərinə baxırdım. Bəs necə, gözlər qəlbin aynasıdır."
 
Bir qız uşağı təsəvvür edin. Qulaqları tutulub. Heç nə eşidə bilmir. Adamların nə dediyini anlamır. Yalnız onların gözlərinə baxaraq danışıqlarını başa düşür, ürəklərindən keçəni bilir. Və tədricən hiss etdiklərini kətana köçürür, rənglərin dilinə çevirir. Marqaret kətanın qarşısında hər dəfə özünü uşaq kimi hiss edir, balaca Marqaret, rəng-rəng, tablo-tablo artır. Marqaret Kin obrazlarının daha çox gözlərinə üstünlük verməsi, hisslərini personajlarının gözlərinə köçürməsi, tablolarını iri gözlər vasitəsilə "danışdırması" onların başqa hissələrinin canlılığını azaldır. Buna görə də rəssamın personajları daha çox irigözlü kuklaları xatırladır.
 
Maraqlıdır ki, insanlarla gözləri vasitəsilə təmas quran, onları gözlərindən tanıyan Marqaret on il bir yerdə yaşadığı ərini tanıya bilməmişdi. Sevginin gözü kor olur deyirlər, yəqin ona görəymiş.(kulis)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

AŞPA-nın yeni prezidenti seçildi

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Naməlum oliqarxla Əbülfəz Məlikovun hesablaşması – Təfsilat

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru