Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu qəzet 4 ildən bir çıxır


Hər qəzetin öz oxucusu var


Bu oxucular seçib bəyəndikləri gündəlik v həftəlik qəzetlərin satışa çıxmağını səbirsizliklə gözləyirlər. Amma elə oxucular da var ki, onlar öz sevimli qəzetlərini dörd il gözləmək məcburiyyətində qalırlar.

PİA.AZ modern.az-a istinadən qeyri-adi dövriliyi olan həmin qəzet haqqında maraqlı faktları təqdim edir.

Fransanın satirik qəzeti olan "La Bougie du Sapeur" oxucuların görüşünə dörd ildə bir dəfə gəlir. Nəşrin nizamnaməsinə uyğun qəzet fevralın 29-da işıq üzü görür. 1980-ci ildən nəşr olunan qəzet 200 min tirajla çıxır.
 
2004-cü ilin fevralın 29-da qəzetin xüsusi bazar buraxılışı çap olunub. Növbəti bazar buraxılışı isə 2032-ci ildə oxuculara təqdim olunacaq. 2008-ci ildə redaksiya heyətinin təşəbbüsü ilə qadınlar üçün xüsusi buraxılış hazırlanıb.

Qəzet öz səhifələrində əsasən əyləncəli materiallara, lətifələrə, krossvordlara yer verir. Qəzetdə çap olunan əyləncəli krossvordların cavablarına baxmaq üşün isə nə az, nə də çox, dörd il gözləmək lazım gəlir.

"La Bougie du Sapeur"nin Azərbaycan dilində tərcüməsi "minaaxtaranın şamı" mənasını daşıyır. Məhz qəzetin belə adda olması 19-cu əsrdə fransız personajı olan komik minaaxtaran Kamamberin adı ilə bağlıdır. Kamamberin doğum günü isə fevralın 29-na təsadüf edir.

Qəzetin baş redaktoruna nəşrin aprelin 1-də buraxılması dəfələrlə təklif olunsa da, o bundan imtina edərək qeyd edib ki, bu qəzetin oxucularda yaratdığı xoş təəssürat elə onun buraxılış tarixi ilə bağlıdır.

"La Bougie du Sapeur" qəzetinin bir əsrlik abunə qiyməti isə 100 avrodur. Satışdan və abunədən əldə olunan gəlir isə autizm xəstəliyindən əziyyət çəkən uşaların hesabına köçürülür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar