Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ölkədə müəllimlərə silah gəzdirməyə icazə verildi


ABŞ-ın Kolorado ştatının müəllimləri odlu silahdan istifadə etməyi öyrənməyə başlayıblar


PİA.AZ  AzərTAc-a istinadən xəbər verir ki, məktəbin odlu silahla hücuma məruz qalacağı təqdirdə cinayətkara cavab atəşi açmağı bacarmaları üçün ştatın məktəblərində onların odlu silah gəzdirmələrinə icazə verilib. Son illərdə ABŞ məktəblərində kütləvi qətllərin sayı artıb.
 
Kolorado ştatının Ueld dairəsinin 17 müəllimi və əməkdaşı bu həftə mühafizəkar yönümlü “Koloradolular vətəndaş azadlıqları uğrunda” təşkilatı tərəfindən təşkil edilmiş üçgünlük kurslarda iştirak edir. “Müəllimlər və inzibatçılar üçün təhlükəsizlik və çevik reaksiya məsələləri üzrə təlim” (FASTER) kursları Konnektikut ştatının Nyutaun şəhərində Sendi Huk məktəbində 20 uşağın və altı məktəb əməkdaşlının ölümü ilə nəticələnən kütləvi qətldən sonra yaradılıb. Kursların proqramına təhlükəsizlik və silahdan istifadə, habelə fövqəladə hallara reaksiya və şagirdlər üçün təhlükənin aradan qaldırılması üzrə dərslər daxildir.
 
Kolorado ştatının qanunvericiliyinə görə, məktəb əməkdaşları rəsmi icazələri olduğu halda gizli şəkildə silah gəzdirə bilərlər və təhsil ocağının hüdudları çərçivəsində təhlükəsizlik xidməti əməkdaşlarının rolunu icra edə bilərlər. Bu həftə kurslarda iştirak edənlərin çoxu ştatın polisin 30-45 dəqiqədən tez gedib çata bilmədiyi kənd yerlərində çalışır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar