Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu müəllimlər işdən çıxarılacaq


Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar tapşırılıb:

 “Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil”.
 
E.Bağırov bildirib ki, prezident İlham Əliyevin  təsdiq etdiyi “ Azərbaycan Respublikasına təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  və strategiyanın icrası ilə bağlı fəaliyyət planında müəllimlərin sertifikasiyası da nəzərdə tutulub: “ Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş  məlumat veriləcək”.
 
E.Bağırov əlavə edib ki, attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar: “Diaqnostik qiymətləndirilmə ümumtəhsil məktəblərində dərs deyən yaxşı və zəif müəllimləri üzə çıxarmaq və zəif nəticə göstərən müəllimləri inkişafyönümlü təlimlərə yönəltmək məqsədilə həyata keçirilir. Yəni diaqnostik qiymətləndirmə keçirərək mövcud problemləri aşlar edirik, ondan sonra digər proseslər icra edilir.  Attestasiya isə konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir. Bu, qanunvericilik tələbidir”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar