Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu küçələrdə hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə

Aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən şənbə və bazar günləri də daxil paytaxtın prospekt və küçələrində hərəkət qismən məhdudlaşdırılacaq (hərəkət tam dayandırılmır)


“Azəravtoyol” ASC-dən daxil olan məlumata görə, həmin yollar aşağıdakılardır:

1. Neftçilər prospekti – Nobel prospeti ilə kəsişmə;

2. Cəfər Xəndan küçəsi - Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası;

3. Nəcəf Nərimanov küçəsi.

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissədə bu gün günorta saatlarından etibarən dəmir yolu relslərin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin aparıldığı daha bir küçə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsidir. Burda da küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu üzdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələrdə aparılan təmir işləri nəzərə alınaraq, həmçinin avtonəqliyyat sıxlığının yaranmaması üçün imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Qeyd edək ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır. Təmir işləri hissə-hissə aparılır və buna müvafiq olaraq hərəkət zolaqlarından biri və ya bir-neçəsi bağlı olur, hərəkət digər zolaqlar üzrə təmin olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar