Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu körpü təmirə bağlanır


Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb


PİA.AZ “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkətidır.

Hadisə bu gecə saat 03:00 radələrində baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən daha bir normadan artıq yüklənmiş ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş verib. Nəticədə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. 

Hazırda körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərin hərəkəti növbəli şəkildə təmin olunur. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 90-ci kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb “servis yolu”ndan istifadə etməklə yenidən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilərlər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mütəxəsisləri tərəfindən qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün müvafiq rəy hazırlanır.

Qeyd edək ki, 1991-ci ildə inşa olunmuş və 5 aşırımdan ibarət körpünün uzunluğu 90 metr, eni isə 18 metrdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar