Bu ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək
PİA.AZ "Azərtac”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.
Məlumata görə, tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayacaq, saat 08:34-dək davam edəcək. Tam tutulma 05:57-də olacaq. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.
Qeyd edək ki, tutulma Azərbaycanda müşahidə olunmayacaq.
pia.az