Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ilin 3 ayı ərzində Bakıda 2657 cinayət qeydə alınıb

Bu ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2.657 (2017-ci ilin müvafiq dövründə 2.865) cinayət qeydə alınıb


Onların da 89,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 10,7%-i isə ağır və xüsusilə ağır növlər olub.

APA-nın xəbərinə görə, bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.ndə bildirilib.

Qeyd olunub ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 44,1%, şəxsiyyət əleyhinə olan cinayətlər 8,4%, o cümlədən qəsdən adam öldürmə cinayətləri 21,1%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 20,7%, mülkiyyət əleyhinə olan cinayətlər 10,9%, xüsusi əmlak oğurluqları 4,8%, quldurluqlar 9,5%, dələduzluqlar 31,5%, hədə-qorxu ilə tələb etmələr 20,0%, avtonəqliyyat oğurluğu 2 dəfə, avtonəqliyyatın qaçırılması 22,7%, xuliqanlıq cinayəti 7,2%, insan alveri ilə bağlı cinayətlər 10,8% azalıb, adam oğurluğu cinayəti isə ümumiyyətlə qeydiyyata alınmayıb.

Cinayətlərin 77,2%-nin (2017-ci ilin müvafiq dövründə 75,4%), ağır növlərinin 73,7%-nin (73,8%), qeyri-aşkar şəraitdə baş verənlərin 65,2%-nin (67,7%) açılması təmin olunub.

Şəxsiyyət əleyhinə olan 401 cinayətdən 94,8%-i (88,4%), o cümlədən qəsdən adam öldürmələrin 84,6%-i (100,0%), adam öldürməyə cəhdlərin 100,0%-i (100%), qəsdən sağlamlığa ağır zərər vurmaların 92,5%-i (85,0%) və zorlamaların 100,0%-i (100,0%)  açılıb.

2017-ci ilin müvafiq dövrü ilə nisbətdə ümumi cinayətlərin açılması 1,8%, şəxsiyyət əleyhinə olan cinayətlər 6,4%, ehtiyatsızlıqdan adam öldürmələr 66,7%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7,5%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 6,2%, avtonəqliyyat oğurluğu 15,0%, dələduzluqlar 5,4%, soyğunçuluqlar 5,7%, quldurluqlar 8,9%, hədə-qorxu ilə tələb etmələr 33,3%, avtonəqliyyatın qaçırılması 25,7%, xuliqanlıqlar 2,8%, insan alveri ilə bağlı cinayətlər 31,0%,  ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 4,1% yaxşılaşıb.

Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1.584 hadisə aşkarlanmış, kameraların arxiv görüntülərindən istifadə edilməklə  72  bağlı cinayət açılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar