Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il qışda rayonlarda 22, Bakıda 7 dərəcəyədək şaxta qeydə alınıb


Bu ilin qış fəslində Azərbaycanda müşahidə olunan minimal temperatur açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya deyib ki, ölkə ərazisində daha çox şaxta Böyük Qafqazın dağlıq ərazilərində, eləcə də Naxçıvan Muxtar Respublikasında müşahidə edilib. Onun sözlərinə görə, qış ərzində (dekabr-yanvar-fevral) Böyük Qafqazın dağlıq ərazilərində, eləcə də Naxçıvan Muxtar Respublikasında havanın minimal temperaturu 17-22 dərəcə arasında dəyişib: “Bakıda və Abşeron yarımadasında isə mənfi 7 dərəcəyədək şaxta (mənfi temperatur) qeydə alınıb. Belə ki, qış fəsli zamanı Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 2-7 dərəcə arasında dəyişib”. 
 
G.Məmmədova qeyd edib ki, 3 ay ərzində ölkə ərazisində yağıntılar qeyri-bərabər şəkildə bölünüb. Onun sözlərinə görə, intensiv xarakterli yağıntılar daha çox Lənkəran-Astara zonası, Mərkəzi Aran rayonları və Böyük Qafqazın bəzi ərazilərində müşahidə olunub: “Ümumilikdə, qış fəslində havanın temperaturu iqlim normasına yaxın olub. Hava şəraitindən asılı olaraq bəzi günlərdə temperaturlar 2-3 dərəcə yüksək, bəzi günlərdə isə 3-4 dərəcə aşağı olub. Əsasən, temperaturlar  iqlim norması daxilində tərəddüd edib. Ötən illərlə müqayisədə bu ilin qış fəslində qış ayları üçün rekord göstəricilər təzələnməyib”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar