Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Bakıda xəstəxanalardan kənarda 83 körpə dünyaya gəlib


"Bu ilin ilk 10 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567 680-dan çox ümumi müraciət daxil olub"


"Report" xəbər verir ki, bunu Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciət edənlərdən 52 965-dən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 65 300-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 10 480-dən artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1600 nəfərdən çox olub".

Baş həkimin müavini əlavə edib ki, ürək-qan damar xəstəlikləri ilə müraciətlərin sayı 123375, hospitalizasiya 10287, miokard infarktı ilə müraciətlərin sayı 697, hospitalizasiya 657-ə yaxın, insultla müraciətlətin sayı 3100, hospitalizasiya 27 72, doğuşla bağlı müraciətlərin sayı 2573, hospitalizasiya 2561, zədələnmələrin sayı 17250, hospitalizasiya 10734 olub. Bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1937, hospitalizasiya 1691 olub ki, bu rəqəmdə də keçən illə müqayisədə artım qeyd edilir.

İ.Əliyeva vurğulayıb ki, tibb müəssisələrindən kənarda doğuşların sayı 83 olub: "Onların da hamısı hospitolizasiya olunub. BŞT və TTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 20893-dür. Bunlardan da 2926- sı uşaqlardır, hospitalizasiya 1915 təşkil edir. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13962, bunların da 1915 nəfəri uşaqdır.

Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalar məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar