Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycanda 34 minə yaxın şəxs işlə təmin olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində bu ilin yanvar-iyun aylarında 33654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, həmin şəxslərdən 8076 nəfərini qadınlar, 10432 nəfərini gənclər təşkil edib.

Məlumata əsasən, bu ilin 6 ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6%, işsiz statusu verilənlərin sayında 30,8% azalma qeydə alınıb.

Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində cari ilin ötən dövründə 820 nəfər işsiz və işaxtaran vətəndaş öz biznesini başlamaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Verilən aktivlər hesabına həmin vətəndaşlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını formalaşdırıblar. Hazırda da aktivlərin verilməsi prosesi davam etdirilir.

Hesabat dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün görülən işlərin davamı olaraq, son 6 ayda 2 286 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub.

Natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısamüddətli iş üçün müraciət edən şəxslərin müvafiq işlərlə təminatı da davam etdirilib. Yanvar-iyun aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən əhalinin, eləcə də, ayrı-ayrı iş adamlarının sifarişləri əsasında 1405 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar