Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu həftə Musiqili Teatrda 6 tamaşa nümayiş olunacaq


Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş ediləcək


Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşaçılar 8, 10, 11, 12 mart tarixlərində saat 12.00 və 19.00-da Qara Qarayevin musiqiləri əsasında “Mənim günahım” (İ. Əfəndiyev), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Talelər qovuşanda” (R. Hacıyev), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 11 mart tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”,12 mart tarixində isə R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın “Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq. 

Tamaşaçılar təqdim olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Nahidə Orucova, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, İlham Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Ağaxan Şərifov, Marina Litvenonko, Gülnarə Abdullayeva, Emil Heydərov, Ülviyyə Əliyeva, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Səməd Xasıyev, Fərid Rzayev, Elanora Mehdiyeva, Elməddin Dadaşov, Cəlalə Novruzlu, Murad Əliyev və başqalarının ifalarını izləyə biləcəklər.

Azərbaycan Dövlət Musiqili Teatrı bayram əhval-ruhiyyəli həftəni şən və yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar