Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu



Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir


PİA.AZ xəbər verir ki, bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperaturun gecə 7-10°, gündüz 11-14° isti, Bakıda gecə 8-10°, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 1-6° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 5-9°, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında arabir yağıntı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 1-6°, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 7-10°, gündüz 11-16° isti, dağlarda gecə 1-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Noyabrın 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü ayın 23-24-də küləyin güclənməsi və temperaturun kəskin aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar