Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu

Dekabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 0°-yə yaxın, gündüz 4-8° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 779 millimetr civə sütunundan 773 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13° şaxta, bəzi yerlərdə 16°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Gecə və səhər yollar buz bağlayacaq.

Temperatur gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 5° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.

Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında gecə və səhər havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacağı ehtimal olunur.

Temperatur gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-4° isti olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar