Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən Xaqani və Sabir bağlarında internet pulsuzdur


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib


Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Bu günlərdə keçiriləcək “Formula” 1 Avropa Qran Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.

Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.

Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.

Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və Zabitlər bağı, da pulsuz internetlə təmin ediləcək.

Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar