Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün geomaqnit qasırğası baş verəcək

"Kosmik hava"da hökm sürən uzunmüddətli nisbi sakitlikdən sonra qarşıdan gələn günlərdə bu hava şəraitinin əlverişsiz olacağı və "pisləşəcəyi" gözlənilir"


Bunu açıqlamasında AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

"Təbii ki, bunun əsas səbəbi Günəşdir. Hazırda Günəşin səthində cəmi 18 ləkə var və bunlar bir fəallıq regionunda cəmləşiblər. Bu 2699 nömrəli aktiv ləkə regionu kifayət qədər fəaldır. Fevralın 12-də bu ləkələrin yanında böyük kütləyə malik tac plazma atılması baş verib və Yerə doğru yönəlib. Buna səbəb C1 sinfinə mənsub Günəş alışması olub", - deyə E.Babayev bildirib.

O qeyd edib ki, bu tac plazma atılması, təqribən, fevralın 15-də yerətrafı fəzaya çataraq 60% ehtimalla G1 sinfinə mənsub olan geomaqnit qasırğasının yaranmasına səbəb olacaq: "Hətta ehtimal var ki, hansısa bir periodlarda qısa müddət ərzində geomaqnit qasırğası güclənərək G2 səviyyəsinə çatsın. Fevralın 15-i üçün Kp indeksinin qiyməti çox kiçik olsa da, o getdikcə artacaq. Bundan başqa, fevralın 16-dan etibarən həyəcanlaşma digər səbəbdən daha da güclənəcək. Bunun səbəbi isə Günəş səthində formalaşmış növbəti tac dəliyidir".

"Adətən, bu cür tac dəliklərindən yüksək sürətli plazma küləyi öz başlanğıcını götürür və planetlərə, o cümlədən Yerə doğru yönəlir. Bu isə geoeffektiv hal deməkdir və bu halda tac kütlə atılması və tac dəliklərinin mövcudluğu geomaqnit həyəcanlaşmasını və geomaqnit qasırğalarını labüd edir. Adıçəkilən 2699 nömrəli aktiv region Günəşin fırlanması səbəbindən yaxın günlərdə diskin arxasında gizlənəcək və Günəşin səthində, demək olar ki, çox az miqdarda ləkə görünəcək" - deyə E.Babayev əlavə edib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar