Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun keçiriləcək


Rusiyada start götürən dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək


Əvvəlcə A qrupunun Misir - Uruqvay qarşılaşması start götürəcək. Yekaterinburqda təşkil olunacaq matçı hollandiyalı Byorn Kuypers idarə edəcək. Bu görüşdə Misir yığmasının heyətində Məhəmməd Salahın çıxış edib-etməyəcəyi maraq doğurur. Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"i ilə oyunda zədələnən İngiltərə "Liverpul"unun yarımmüdafiəçisinin bugünkü oyuna hazır olduğu bildirilir. Lakin hələlik bu xəbər rəsmən təsdiqlənməyib.

Qrupun ilk oyununda Rusiya Səudiyyə Ərəbistanını darmadağın edib - 5:0.

Günün daha 2 oyunu B qrupuna təsadüf edəcək. Sankt Peterburqda Mərakeş İranla üz-üzə gələcək. Görüşü türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Günə qrupun digər qarşılaşması olan Portuqaliya - İspaniya matçı ilə yekun vurulacaq. Portuqaliya 2016-cı il Avropa, İspaniya isə 2010-cu il dünya, 2008 və 2012-ci il Avropa çempionatının qalibi olub. İspaniya bu görüşə yeni baş məşqçi ilə çıxacaq. "Real Madrid"ə baş məşqçi təyin olunduqdan sonra millidən qovulan Xulen Lopeteginin əvəzinə yığmanı meydana Fernando Yerro çıxaracaq. Matçı isə italiyalı Canluka Rokki idarə edəcək.

A qrupu

16:00. Misir - Uruqvay

Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Milorad Majiç, Milovan Ristiç (hər ikisi Serbiya)

Yekaterinburq, Mərkəzi stadion

B qrupu

19:00. Mərakeş - İran

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Onqun (hamısı Türkiyə), Sergey Karasyov, Anton Averyanov (hər ikisi Rusiya)

"Sankt-Peterburq" stadionu

22:00. Portuqaliya - İspaniya

Hakimlər: Canluka Rokki, Elenito di Liberatore, Mauro Tonolini (hamısı İtaliya), Ryuji Sato, Toru Sqara (hər ikisi Yaponiya)

Soçi, "Fişt" stadionu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar