Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün dünyada sevgililər günü kimi qeyd edilir...

14 fevralda kimisi qurumuş ağ gül hədiyyə edir, kimisi isə dəfnə yarpağını yastığının altına qoyur


Bu gün bütün dünyada Sevgililər Günü və ya digər adı ilə Müqəddəs Valentin günü kimi qeyd olunur. Sevgililər günü bütün dünyada eyni gün-14 fevralda qeyd edilsə də, hədiyyələri və adətləri fərqlidir. Milyonlarla insan bu günü bir birinə ürək şəkilli şokolad, güllər hədiyyə etməyə daha çox üstünlük versə də, elə ölkələr var ki, orada insanı təəccübləndirən qeyri adi hədiyyələr də edirlər.

Məsələn, Danimarkada sevən cütlüklər bir birinə bahalı hədiyyələr, qırmızı gül yox, kitab arasında qurudulmuş ağ gül hədiyyə edirlər. Bu ölkədə  sevgililər günü 90-cı illərdən qeyd edilməyə başlasa da, hazırda çox məşhur bir gün hesab edilir.  Bu ölkədə sevgiliyə güllə yanaşı kartda hədiyyə edilir. Bu kartın özəlliyi isə kartın üzərində onu hədiyyə edənin şəklinin olmasındadır. Fransada isə “Valentin” adlı bir qəsəbə var. Sevgililər, turistlər sevgililər günündə bu qəsəbəni ziyarət edirlər. Düzdür, bu qəsəbənin adının əslində sevgililər günü ilə bir bağlılığı olmasa da, insanlar adına görə buranı sevgi qəsəbəsi də adlandırırlar. 14 fevral Cənubi Koreyada isə bir qədər fərqli qeyd edilir.

Bu günü qadınlar öz sevdiyi kişilərə şokolad, çiçək və ya şəkər hədiyyə edirlər. Kişilər isə sevdikləri xanımlara martın 14-də “Ağ gün” deyilən bayramda çiçək, şokoladla yanaşı başqa bir hədiyyə də alırlar. Bu ölkədə sevgililər, evlilərlə yanaşı sevgilisi olmayan subayların da günü var ki, bu da 14 apreldə keçirdiklər “Qara gündür”. Bu günü subaylar qara makaron yeyərək yalnızlıqlarının yasını tuturlarmış. Almanlar isə sevgi tanrısına bənzəyən uçan donuzu bir-birinə ehtiras və şans simvolu kimi verirlər. Bununla yanaşı zəncəfilli, içində “səni sevirəm”, “öp məni” notları olan iri qurabiyələr də hədiyyə edilir.

İngiltərədə isə sevgililər günü subay qızlar gələcək yarlarını tapa bilmək ümidi ilə yastıqlarının hər küncünə və ortasına olmaqla beş ədəd dəfnə yarpağı qoyurlar. Sevgililər isə bir-birlərinə kart, şokolad, şirniyyat kimi hədiyyələr verirlər. Amerikada sevgililər bir-birlərinə sevgisini göstərmək üçün əllərindən gələni edirlər. Amerikalılar şirniyyat, şokolad, kart, çiçək və zərgərlik kimi hədiyyələr üçün hər il 18 milyard dollar sərf edirlər.

Qeyd edək ki, Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının on dördündə qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Bəzi qaynaqlara görə bu xüsusi günün qeyd olunma səbəbi Xristianlığı seçdiyi və bu inancından imtina etmədiyi üçün öldürülən Romalı Əziz Valentindir. 14 fevral 270-ci ildə ölən Valentinenin ölüm günü o gündən sonra Sevgililər Günü olaraq qeyd olunmağa başlanıb.

Əfsanənin başqa bir istiqaməti isə Əziz Valentinenin İmperator Claudius hökmdarlığı ilə eyni dövrdə bir məbəddə keşiş olaraq xidmət etməsi ilə əlaqədar. Claudius Valentini əmrlərinə uyğun gəlmədiyi və ona qarşı çıxdığı üçün həbs etdirib öldürdü. Bu hadisədən 226 il sonra 496-cı ildə Papa Gelasius Əziz Valentini şərəfləndirmək üçün 14 fevralı Əziz Valentine Günü olaraq təyin etmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar