Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün dollarla bağlı iki vacib xəbər açıqlanacaq


Bu gün ABŞ dollarının qlobal valyuta bazarında məzənnəsinin hərəkətinə təsir edəcək iki mühüm xəbərin açıqlanması gözlənilir


Əsas xəbər Federal Ehtiyat Sisteminin (FES) sədri Janet Yellenin Harvard Universitetində çıxışı zamanı iyun ayındakı iclasda uçot dərəcəsinin mümkün artırılmasına dair fikirləri ilə bağlı olacaq. 

Belə ki, FES üzvlərinin əksər hissəsi iyun və ya iyul iclasında uçot dərəcəsinin artırılması fikrini dəstəkləyiblər. J.Yellenin bu gün ABŞ iqtisadiyyatı barədə müsbət rəy səsləndirməsi və yaxın iclaslarda faiz artımına etiraz etməməsi kimi fikirləri maliyyə bazarlarında dəqiq fikrin formalaşmasına yol aça bilər.

Dolların məzənnəsinin dəyişməsinə təsir edəcək ikinci önəmli xəbər isə 2016-cı ilin ilk rübündə ABŞ-da iqtisadi artım göstəricisinin yekun göstəricisinin açıqlanması olacaq. Belə ki, artıq açıqlanan ilkin göstəriciyə əsasən, ABŞ-da ilk rübdə iqtisadi artım 0,5% təşkil edib. Analitiklər bu gün ÜDM artımının son variantının 0,9% olacağını proqnozlaşdırırlar.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-da ilk rübdə ÜDM-in artım göstəricisinin proqnozlara yaxın açıqlanması FES rəhbərinin iyun və ya iyul ayında uçot dərəcəsinin artırılması barədə qərarına müsbət təsir edəcək və bu gün axşam J.Yellenin çıxışında bunu eşitmək mümkün olacaq. 

Nəticədə, dollar/avro cütlüyünün məzənnəsinin 1,10 USD/EUR səviyyəsinə qədər enməsi ehtimal edilir. Qeyd edək ki, ÜDM göstəricisi Bakı vaxtı ilə saat 16:30-a, J.Yellenin çıxışı isə 21:15-ə planlaşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar