Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?



Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç - günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq işləri başa vurun, yeni səhvlərə yol verməyin. Emosional olmayın. Radikal qərarlar üçün əlverişli zaman deyil. Avantüralara meylli olmayın, təhlükəli işlərə qatılmayın.
Günün ikinci yarısı riskli məşğuliyyət üçün deyil. Ekstremal macəralar aramayın.
Yaxınlarınızdan birinin dəstəyi indi xüsusi əhəmiyyət kəsb edir. Əgər bu şəxsə problemlərinizdən danışsanız, sizi narahat edən məsələlərdən açıq bəhs etsəniz, yardımı mütləq alacaqsınız. Sizi çoxdan bəri narahat edən məsələni çözmək imkanları yaranıb.
 
Buğa - günün ilk yarısında qətiyyətli davranmasanız, uğursuzluqlara düçar olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt tapın. İntuisiyanız iti olacaq. Onun məsləhətlərinə inanmaq olar. İşlərinizdə irəliləmək üçün liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları arxanızca aparın.
Günün ikinci yarısında məqsədə çatmaq üçün işlənmiş metodlardan da yararlanmaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz.
Axşam saatları aktiv istirahət və açıq havada gəzinti üçün münasib zamandır.
 
Əkizlər - əvvəllər əldə etdiyiniz təcrübə və biliklərdən faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən birinin əks-sədasını duyacaqsınız. Səhvlərinizi təkrarlamayın, köhnə yanlışlıqlara yenidən aldanmayın. Fikri cəmləmək, diqqətli olmaq asan deyil.
Günün ikinci yarısı mühüm və məsuliyyətli fəaliyyət üçün əlverişlidir.
Səfərə yollanmaq, mürəkkəb texnika ilə davranmaq niyyətiniz varsa, sərvaxt davranın. Axşam saatlarına yaxın travma riski artacaq.
Yoqa və ya pilateslə məşğul olmaq olar.
 
Xərçəng - günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları yaranır.
Günün ikinci yarısı karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək gərəkdir.
Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq var.
 
Şir - günün ilk yarısında mühüm işlərlə məşğul olmaq mümkündür. Uğur əldə etmək şanslarınız az deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Yaranacaq problemlərin öhdəsindən təkbaşına gəlməyiniz həddən artıq müşkül məsələyə çevriləcək.
Köhnə dostlar sizə yardım edəcəklər.
Günün ikinci yarısında yeni tanışlarla sayıq olun. Onlar sizə şirin vədlər verəcəklər. Öhdəliklərə inanmayın. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əks təqdirdə peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər.
Axşam saatları pis deyil.
 
Qız - hər addımınızı planlaşdırın. Düşünüb-daşınmadan qərar verməyin. Çətin məsələlərin həllində diqqətli davranın. İşgüzar danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfin fikirlərini öyrənməyə can atın.
Günün ikinci yarısında yeni görüşlər və tanışlıqlar olacaq. Təmaslara səbatlı formada hazırlaşın.
Sevdiyiniz insanla səmimi olun. Münasibətlərdə müsbət dəyişikliklərə nail ola bilərsiniz. Qarşılıqlı anlaşmaya mane olan sədləri aradan qaldırın.
Dəyər verdiyiniz adam ona qarşı diqqətsiz və laqeyd davrandığınızı deyə bilər. Sizi maraqlandıracaq insanla axşam saatlarına yaxın görüşəcəksiniz.
Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxın.
 
Tərəzi - adi günlərlə müqayisədə daha qətiyyətli və iradəli olun. Əzmlə davranın, başlanan işləri yarımçıq qoymayın. İşgüzar görüşlər və danışıqlar üçün münasib zamandır. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Can atdığınız məqsədə çata bilərsiniz.
Günün ikinci yarısında vədləri yerinə yetirmək, öhdəlikləri reallaşdırmaq lazımdır. Həddən artıq vədlər verməyin.
Şəxsi münasibətlərdə rəqabət elementləri yaranacaq. Situasiya mübahisələrə təkan verəcək. Güzəştə meylli olmasanız, tərəfdaşınızda neqativ emosiyalar yaranacaq. Səmimi dansanız, mövqelərinizi müdafiə etmək asanlaşacaq.
 
Əqrəb - gəlir vəd edən işlərə başlayın. Risk istisna deyil. Yaxın ətrafınızdakı insanlar situasiyaya təsir edə bilərlər. Müttəfiq və ya yardımçıya ehtiyacınız var. Daşınmaz əmlakla bağlı avantüralara qatılmayın.
Gizli saxlamağa çalışdığınız işlər haqqında təfərrüatları açıqlamayın.
Günün ikinci yarısında diqqətli olun. Dəyər verdiyiniz insanların qayğısına qalın. Özü barədə həddən artıq yüksək fikirdə olan insan qəribə davranır, bəzənsə çox anlaşılmaz hərəkətlər edir.
 
Oxatan - uğurlu gündür. Günün ilk yarısında başladığınız işləri başa çatdırın. Sonucları nəzərdən keçirin, aktiv və qətiyyətli olun. Sifarişə görə ödəniş və ya maliyyə mükafatı istisna deyil. Qısamüddətli, yeni layihəyə başlamaq olar. Bir şərtlə ki, yeni işi uğurla başa vuracağınıza əmin olasınız.
Günün ikinci yarısında adi günlərlə müqayisədə daha çox çalışmalısınız. Narahat olmayın, təşvişə qapılmayın. Belədə səyləriniz hədər getməyəcək. İşlərin çoxluğundan axşam saatları ilə bağlı bəzi planlardan imtina etməlisiniz.
 
Oğlaq - maliyyə məsələlərində ehtiyatlı olun. Zəruri olmayan xərclərə yol verməyin. Mühüm sənədlərin imzalanması, irimiqyaslı sövdələşmələr və anlaşmalar üçün əlverişli zaman deyil. Maliyyə hesabatını hazırlayarkən diqqətli olun.
Günün ikinci yarısında yalnız özünüzə güvənə bilərsiniz. Sizə yardım edən insanlar ən xoş niyyətləri olsa belə, səhvlərə və yanlışlıqlara yol verə bilərlər. Fəsadların aradan qaldırılması xeyli vaxt alacaq.
Axşam saatlarında səfər və ya gəzintidən imtina edin.
 
Dolça - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Problemlərin həllində standart metodlara çox güvənməyin. Yaradıcı olun. Yaxşı ideyalar yaranacaq. İdeya və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz. Amma sayıq olun, sirlərinizi mənasız insanlarla paylaşmayın.
Günün ikinci yarısında romantik görüş ola bilər. Bəyəndiyiniz, rəğbət bəslədiyiniz insanla danışıqlar üçün əlverişli zamandır. Ünsiyyətdə səmimi olun, saxtakarlıq etməyin.
Axşam saatlarında normal istirahəti qulaqardına vurmayın.
 
Balıqlar - günün ilk yarısında yolunuzda yaranacaq maneələr dəf olunmayacaq deyil. Sadəcə, məqsədə çatmaq üçün qeyri-standart metodlardan yararlanın. Eksperimentlər edin, riskdən çəkinməyin. Qətiyyətli olun. Yaxın ətrafınızdakı həddən artıq ehtiyatlı davranış tələb edən insanların məsləhətlərinə yox, sağlam məntiqinizə əsaslanın.
Günün ikinci yarısında işdə və evdə kiçik anlaşılmazlıqlar, ixtilaflar olacaq. Bütün dünyanın sizə qarşı olduğunu düşünməyin. Mübahisələrdən fayda əldə edə bilərsiniz. Ətrafınızdakı insanları diqqətli dinləməklə yanaşı, aqressiv olmayın.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar