Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç - ünsiyyətdə səlis olun və vaxtınızı rəğbət bəslədiyiniz adamlarla keçirməyə çalışın. Emosional fon o qədər də əlverişli deyil və əlavə yük yersizdir.

Buğa - bu gün çətin ki, Buğaları sevindirsin. O, kifayət qədər darıxdırıcı və mənasızdır, heç bir yeni imkan yaratmır. Amma gün sizi keçmişdəki səhvlərə qayıtmağa vadar edəcək.

Əkizlər - yaxınlarınızla dil tapmaq, fikir ayrılıqlarını aradan qaldırmaq və mübahisələrə son qoymaq şansı var. Sevdiyiniz şəxs sizi xoş sürprizlərlə sevindirəcək. Günün ikinci yarısına təyin edilmiş romantik görüş yaxşı keçəcək.

Xərçəng - həmkarlar və iş partnyorları ilə ünsyyət, peşəkar münasibətlərin yoluna qoyulması üçün münasib gündür. Gün asan keçməsə də, məhsuldar ola bilər.

Şir - vaxtınızı boş yerə sərf etməməlisiniz. Diqqət tələb edən vəzifələr cürbəcürdir.  Amma enerjiniz və gücünüz onları həll etmək üçün yetərlidir. Müstəqil şəkildə düşünmək, cavablar tapmaq və hərəkət etmək lazım gələcək.

Qız - ətrafdakılarla münasibətlər sevinc bəxş edəcək. Bu gün heç kimi özünüzün düzlüyünə inandırmağa ehtiyac olmayacaq. Onsuz da hamı buna əmindir. İdeyalarınız xoş niyyətlə qarşılanacaq. Gün təşəbbüskarlıq üçün münasibdir.

Tərəzi - narahatlıq üçün çoxsaylı səbəblərin olduğu çətin gündür. Bürcün nümayəndələri ətrafda baş verən hər şeyi ürəklərinə salırlar. Soyuqqanlı, praqmatik olun. Emosiyalara qapılmayın.

Əqrəb - ən yaxın adamlarla fikir ayrılıqları yarana bilər. Müdafiə üçün yersiz deyilmiş sözün münaqişəyə səbəb olma ehtimalı yüksəkdir.

Oxatan - həyat potensialı aşağıdır, bürcün nümayəndələrində nasazlıq yarana bilər. İfratçılıqdan imtina etmək, orqanizmin möhkəmliyini yoxlamaq tövsiyə olunmur. Allergik reaksiya ehtimalı var.

Oğlaq - həyat potensialı aşağıdır, sağlamlıqla bağlı ciddi problemlər yarana bilər. Xroniki xəstəliklərin kəskinləşməsi təhlükəsi var. Fiziki işdən, yorucu idmandan çəkinmək tövsiyə olunur.

Dolça - eə gələ bilər ki, hətta, ən yaxın adamlar da sizə qarşı biganədirlər. Sevgililər küsüşəcək. Bəzi Dolçalar münasibətləri pozmaq barədə qərar qəbul edəcəklər.

Balıqlar - etiyatlı olun! Bu çətin gündə bürcün heç də bütün nümayəndələri çətinliklərdən yayına biləcəklər. Ailə üzvləri ilə münasibətlərdə ciddi problemlər yarana bilər.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar