Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç - bir-birinizi rahatlıqla anladığınız insanlarla təmaslara can atın. Yaxın gələcəklə bağlı planları müzakirə edin.

Buğa - süst, astagəl olmayın. Nəzərdə tutduğunuz işə vaxt itirmədən başlayın. Birgə və ya qrup şəklində fəaliyyət daha yaxşı nəticə verəcək.

Əkizlər - informasiya mübadiləsi, yazışma, məsləhət almaq üçün yaxşı gündür. Səfərə çıxmaq, dostlarla görüşmək, tanışlarla hal-əhval tutmaq olar. Qarşılıqlı fəaliyyətin başqa məqamları sizi maraqlandırırsa, nigaran qaldığınız məsələni müzakirə edin.

Xərçəng - anlaşılmazlıq sədləri asanlıqla dəf edilsə də, mükalimələrdə mövzu dərinliyinə ümid etməyin. Praqmatik məsələlərin həlli üçün yaxşı vaxtdır. Axşam saatlarında istirahəti sakit keçirin.

Şir - çətin gündür. Ağır işlərə mənəvi və fiziki baxımdan hazır olun. İzafi gərginliyə səbəb yaratmayın. İşi tam, nöqsansız görün.

Qız - heç nəyi mürəkkəbləşdirməməklə yanaşı, sizin üçün önəmli olan insanlarla təmaslarda mühüm məqamlardan yan keçməyin. Diqqətinizə ehtiyac duyanları yaddan çıxarmayın.

Tərəzi - səhhətinizin qeydinə qalın. Ailə üvləriniz və yaxınlarınızla daha çox vaxt keçirin. Axşam saatlarında açıq havada gəzintiyə çıxın. Fiziki işin həcmini artıra bilərsiniz.

Əqrəb - qarşılıqlı təmaslar və ünsiyyətdə aktiv olun. Təəssüratlar və informasiyalar bol olacaq. İnternetdə yazışmaq, dostlar və tərəfdaşlarla ümumi məsələni müzakirə etmək olar. Evdə səmimi və mehriban olun, məişət məsələlərinə diqqət ayırın.

Oxatan - hisslərinizlə emosiyalarınıza məhdudiyyət qoymayın. Yeni prioritetləri müəyyənləşdirməyə imkan verəcək sözlərin eşidiləcəyi önəmli söhbət, ya da müzakirə istisna deyil. Axşam saatlarında sevdiyiniz insanla rahat ünsiyyət üçün vaxt tapın.

Oğlaq - müxtəlif işlər görməli olacaqsınız.
Axşam saatlarında bir qədər dincəlməyə çalışın. İstədiyiniz təki istirahət edin. Hərəkət, fiziki işlərdə fayda var.

Dolça -  işin az olmayacağı gündür. Özü də işlər fərqli, çeşidlidir. Planladığınız məqamlarla yanaşı, əlavə problemlərin həllinə ehtiyac yaranacaq. Danışıqlar və sövdələşmələr, yazışma, görüş və müzakirələr qaçılmazdır. Bir sözlə, fəal ünsiyyət vaxtıdır.

Balıqlar - bir müddət sonra konkret işə başlayın. Spontan cəlb olunduğunuz tədbir və ya prosesdən yayınmayın. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar