Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


PİA.AZ dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir


Qoç - günün ilk yarısında dünənki gərgin hadisələrin nəticələri stabilləşəcək. Konstruktiv ideyalar yaranacaq, işin məhsuldarlığı artacaq. İş yerində qayda yaradın, tapşırıq və öhdəlikləri tam yerinə yetirin. Təmir, texnika və avadanlığın nöqsanlarının aradan qaldırılması üçün əlverişli gündür.

Buğa - orqanizm üçün təmizləmə prosedurları, pəhriz, fiziki iş xeyirlidir. Özünüzü soyuğa verməyin. İnfeksiyaya yoluxma riski böyükdür. Təmasları işgüzar əlaqələrlə məhdudlaşdırın. Əyləncə və romantik görüş üçün uğursuz gündür.

Əkizlər - təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun. Yaxşı düşünülmüş, səbatlı özülə malik işlərdə uğur qazanacaqsınız. Günün ilk yarısı iş üçün rahat şərait yaradın, tələskənlik və ya münaqişələrə qarışmayın. Yeni eksperimentlərə başlamayın, kimisə sınağa çəkməyin.

Xərçəng - stabilliyinizə təhlükə yaradan mürəkkəb situasiyalarda çevik davranın. İnad və qətiyyətiniz, kiməsə boyun əymək niyyətində olmamağınız hər şeyi öz məcrasına qaytara bilər. Başqalarının ümidsiz qalacağı yerdə siz təşəbbüsü ələ alın.

Şir - şəxsi münasibətlər üçün çətin gündür. Mənasız söhbətlərdə iştirak etməyin, amma ailə üzvü və ya iş yoldaşınızı darda qoymayın. Heç nəyi mürəkkəbləşdirməyin.

Qız - hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin. İşlədiyiniz insanlar, tərəfdaşlar və ailə üzvləri ilə münasibətləri sərtləşdirməyin. Ümumi problemlər sizinlə yaxınlarınız arasındakı əlaqələri daha da sıxlaşdıracaq.

Tərəzi - qızğın müzakirələrə və narahatlığa səbəb ola biləcək mühüm informasiya ala bilərsiniz. Günün ilk yarısı ətalətli olacaq. Bu vaxt mühüm məsələlərin həllini intensivləşdirməyin.

Əqrəb - birlik, qarşılıqlı dəstək qaçılmazdır. İşin tələbləri və ailə üzvlərinin istəkləri arasında qala bilərsiniz. Vədlər verməyin, yeni öhdəliklərlə razılaşmayın. Günü neytral mövqe tutaraq başa vurun.

Oxatan - rahatlıq, sakitlik üçün gərgin situasiyalardan qaçaraq problemlərin həllini sonraya saxlamayın. Əsassız və yaramaz tənqidi, kobudluğu, təhqiri kimsəyə bağışlamayın. Hadisələrin episentrində olsanız, soyuqqanlı davranın.

Oğlaq - arzularınızdan biri reallaşa bilər. Gələcəkdə perspektivlərin genişlənməsi ilə bağlı təklif və ya informasiya istisna deyil. Bəhs etdiyimiz təmayül axşam saatlarında daha konkret olacaq.

Dolça - işlə bağlı məsələlərə maksimum diqqət ayırın. Şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri sürətləndirməyin. Gözləntilərinizə dəstək arayın.

Balıqlar - ulduzlar bu gün sizə hamilik edəcək. Bir şərtlə ki, fərqli davranış və yeniliklərə hazır olasınız. İşin marağı xatirinə istənilən adamla dil tapmağa çalışın.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar