Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç - səhər saatlarını ötən günlərdən qalmıış məsələlərin həllinə və işlərin başa vurulmasına həsr edin. Günün ikinci yarısında işdə rəhbərliklə ünsiyyət və ya üstün instansiyalarla təmaslar yaxşı nəticə verə bilər.

Buğa - işdə tapşırıqlar arta bilər. Lakin yaşanan şəraitin təfərrüatlarını anlayacaq, perspektivləri daha aydın görəcəksiniz.

Əkizlər - sizi cana yığan rutinlik, adilik, bozluqdan qurtulmaq istəyəcəksiniz. Şərait sizi köhnə mövzuya qayıtmağa vadar edəcək. Yaradılanın dağılması, yeni imkanların araşdırılması mümkündür.

Xərçəng - fikir və qayğıların çoxluğu pərişanlıq yarada bilər. İnternetdə saatlarla vaxt keçirməyin, ifrat sosiallaşmayın. Gündən maksimal dərəcədə effektiv istifadə edin. İşlərdə konstruktiv yeniliklər, gərginliyin azalması, mühüm situasiyada aydınlaşma mümkündür.

Şir - mürəkkəb məsələləri, məsləhətləşmələri təxirə salmayın. Bu gün romantik planlar qurmayın, əyləncəni təxirə salın. Mütəxəssis məsləhəti, səhhətin diaqnostikası, müalicəyə başlanması, məşqlərin bərpası, yeni tanışların tapılması üçün əlverişli gündür.

Qız - yaxın ətrafınızdakı adamlardan birinin təxribatına və hücumuna aqressiv tərzdə cavab verməyin. Hiyləgər olun, sizə qarşı qurulan tələni görün, məkri anlayın. Daha vacib işi görmək, gəlir əldə etmək və ya məqsədə çatmaq üçün vidalaşmalı olduğunuz nəsnəni müəyyənləşdirin

Tərəzi - Təmkinli olun. Bu çətin olsa da, gərəklidir. Sizi narahat edən dəyişikliklərə praktiki nəzərlərlə baxın. Diqqətinizi cəlb edən münasibətlərin romantik areolu darmadağın ola bilər. Yeni istiqamətin seçim vaxtını qaçırmayın.

Əqrəb - yüksək məhsuldarlıq yaradıcılıq istəkləri ilə müşayiət olunacaq. Axşam saatlarında maraq və istəklərinizin təzahür dönəmidir.

Oxatan - bu gün səhər saatlarından etibarən bir qədər aktivliyi azaldın, yaxın günlərlə bağlı planlarınızı düşünün. Soyuqqanlı, hər şeyi hesablayan adam olun, emosiyaları arxa plana salın və yalnız  işlə məşğul olun.

Oğlaq - hadisələri diqqətlə izləyin, ətalətli olmayın. Nəyinsə yaranmağa başladığını duymasanız, sonra ciddi problemlərlə qarşılaşa bilərsiniz. Daxili gərginliyin səviyyəsini aşağı salın, iddiaları bir qədər zəiflədin.

Dolça - hadisələr sınaq səciyyəli ola bilər, amma onların sayəsində indi diqqət mərkəzində olan hadisə və nəsnənin əsl dəyərini öyrənə bilərsiniz.

Balıqlar - istəklərinizə, maraqlarınıza, tələblərinizə daha çox diqqət ayırın. Axşam saatlarında istirahət edin, gəzintiyə çıxın. Məhdudiyyətlər yalnız maraqla bağlıdır.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar