Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç - uğurlu gündür. İşlərin öhdəsindən əla gəlir, rəqiblərinizi geridə qoyaraq, bədxahlarınızı tərksilah edirsiniz. Nüfuzlu insanlar sizə qahmar çıxmaqda az qala bir-birlərilə yarışırlar: onlar sizin uğurlu olduğunuzu aydın görürlər. Biznesmen xanımlar etibarlı iş ortaqları və əliaçıq investorlar tapacaqlar.

Buğa -  yeni və faydalı biliklər öyrənə bilərsiniz.  Gələcəyinizi bu gün fikirləşə bilərsiniz. Həm şəxsi, həm işgüzar sahədə planlar qura bilərsiniz. Sizin üçün daha vacib olanına köklənin.  

Əkizlər - səhəriniz çox gözəl başlayır. Öz gücünüzə inanırsınız, bilirsiniz ki, uğura nail olacaqsınız - və hər şey də məhz bu cür baş verir. Sizin məlahətiniz qarşısında hətta sizə heç vaxt rəğbət bəsləməyən insanlar da duruş gətirmirlər. İstənilən danışıqlar məhz sizə lazım olan tərzdə keçir: çoxdankı düşməninizi də dostunuza çevirə bilərsiniz.

Xərçəng -  gün bir qədər fərqlidir. Xeyli xırda problem yaranır, bunların ucbatından çox vacib hesab etdiyiniz işlərin həllini təxirə salmalı olursunuz. Rəhbər Xərçəngləri tabeçiliklərində olanların əfəlliyi və tənbəlliyi həddən artıq hirsləndirəcək.

Şir - dünyanı gözəlləşdirmək, ehtiyacı olanların qayğısına qalmaq, hamının xoşbəxtliyinə nail olmaq istəyindəsiniz. Bunlar hamısı çox gözəl, amma çətin həyata keçən arzulardır. Bir neçə uğursuz cəhddən sonra sizdə ruh düşkünlüyü yaranır. Bax elə bu zaman özünüzü ələ almağınız lazımdır. Bunun öhdəsindən gələ bilsəniz, gerisi asan olacaq.

Qız - qadınlarla ünsiyyət isə həddən artıq çətindir: onlar sizin eşitmək istəmədiyiniz sözləri deyir, gözləmədiyiniz hərəkətləri edirlər. Gün intellektual məsələlərin həlli, dünyagörüşünün genişləndirilməsi, həmçinin tədqiqatlar üçün daha uyğundur.  

Tərəzi - diqqətli və ağıllı olun, o zaman günü itkisiz başa vura bilərsiniz. Sizi idarə etməyə çalışacaq, nələrəsə təhrik etmək istəyəcəklər. Ancaq sağlam düşüncə qurulan tələlərə düşməməkdə sizə yardımçı olacaq. Rəhbərlik və ya həmkarlarınızla mübahisələr mümkündür. Öz  mövqeyinizi qoruya biləcəksiniz, amma buna baxmayaraq, xoşagəlməz izlər uzun müddət silinməyəcək.

Əqrəb - bu gün çox dəyərli təcrübə qazana bilərsiniz. Bu gün öyrəndikləriniz həyatda dəfələrlə köməyinizə çatacaq. Yaxın adamların dəstəyinə güvənə bilərsiniz, onlar istənilən halda sizin tərəfinizdə olacaqlar.    

Oxatan - şəxsi münasibətlər sabit və ahəngdardır. Sizə əziz olan insanın əhvalı gözlədiyinizə rəğmən, çox tez-tez dəyişir, amma hər halda, ümumi dil tapa bilirsiniz. Ailəli Oxatanlar uşaqlarla yaxşı vaxt keçirə biləcəklər.

Oğlaq - şəxsi həyatınızda nəyisə dəyişmək şansınız olacaq. Yeni tanışlıq da qura bilərsiniz. Sizdən tələb olunan - sosial aktivlikdir. İctimai tədbirlərdən qaçmayın, o zaman sizin üçün vacib olan insanların diqqətini qazana bilərsiniz.

Dolça - gün qayğılarla doludur. Köhnə problemlər baş qaldırır, gizli saxlamaq niyyətində olduğunuz məlumatlar ildırım sürətilə yayılmağa başlayır. Rəhbərlik və həmkarlarla münasibətlər gərginləşir və siz tezliklə müxalifətdə qalırsınız, düzdür, bu o qədər də uzun sürməyəcək, amma müxalifliyiniz qatı olacaq. Maraqlarınızı qorumalı olacaqsınız.

Balıqlar - düzgün qərarlar qəbul edərək onları həyata keçirməyin vaxtı gəlib çatdı. Hələlik gələcək uğurlarınız üçün baza yaradırsınız. Amma nə qədər vacib olduğunu nəzərə alaraq bunu ciddi şəkildə həyata keçirməkdəsiniz. Sənədlərin hazırlanmasında çox diqqətli olun: bu gün buraxdığınız cüzi bir səhv gələcəkdə çox böyük və ciddi problemlər yarada bilər. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar