Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Od çərşənbəsidir


Ənənəyə görə tonqal qalanmalı və üstündən tullanılmalıdır...


Novruzun gəlişini xalqımız həmişə xüsusi hazırlıqla qeyd edib.

Novruza hələ bir ay qalmış, yəni Kiçik Çillənin çıxması ilə el-obada hazırlıq görülər, bağ-bağçada təmizlik aparılar, həyət-baca səliqəyə salınar, xüsusilə də kənd yerlərində xalça, palaz yuyular, ev-eşik ağardılar. Bir sözlə, insanlar Novruzu xüsusi təmtəraqla qarşılamağa çalışardılar. Novruzdan əvvəlki son 4 çərşənbəyə xüsusilə Azərbaycan mədəniyyətində ayrı bir əhəmiyyət verilir. 

Bu gün boz ayın ikinci çərşənbəsi - Od çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə “Üsgü çərşənbə”, “İkinci çərşənbə”, “Addı çərşənbə” də deyirlər. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Hələ qədimdən xalqımızın Günəşə, oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq adətə çevrilib. Bəzən odu zərdüştlükdən gələn sitayişlə, etiqadla qarışdırırlar. 

Amma Novruz bayramının tarixi zərdüştlükdən də, İslamdan da çox qədimdir. Bayram çərşənbələrində yandırılan tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Atəşpərəstlikdə odun üstündən tullanmaq, hətta ona nəfəs vermək belə, günah sayılıb. Atəşpərəstlər odun ətrafına fırlanarkən üzlərinə niqab bağlayıblar ki, nəfəsləri oda toxunmasın. Novruzda isə odun üstündən tullanaraq “Ağrım-uğrum oda tökülsün, yansın, canım dərddən, qəmdən, ağrı-acıdan qurtulsun” - deyirlər. 

Od çərşənbəsinin səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər.

Tədqiqatçılar yazırlar ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqallar yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdi. Kənd yerlərində bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məqsədəuyğun hesab olunurdu. 

Digər çərşənbələrdə olduğu kimi Od çərşənbəsi günündə də qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Süfrəyə quru meyvələr, müxtəlif şirniyyatlar, su, süd mütləq qoyulmalıdır. Bütün çərşənbələrdə süfrənin şahı plovdur. Süfrədə xonça bəzənməli və şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır. Səmənini isə ancaq Axır çərşənbədə və Novruzda süfrəyə qoyarlar. 

Od çərşənbəsində də insanlar bir-birinə qonaq gedər, “Çərşənbən mübarək” deyər, “Ağrın, acın odda yansın, Yel dərd-qəmini aparsın” söyləyərlər. Bu alqışlar həm də ona işarədir ki, qarşıdakı əziz gün Yel çərşənbəsi olacaq. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır. 

Atmosferin, havanın istiliyi, insan bədənində, ağacın bətnində, torpaqda istilik və nəhayət, bütün bu istiliklərin məcmusu olan odun qorunub saxlanması, odun əldə olunması və bununla insan həyatının dəyişməsi görüşləri bu çərşənbə etiqadlarında bu və ya digər şəkildə özünü əks etdirir. 

Novruzun şehli çəmənlərlə atılan sayalı qədəmlərindən biri də məhz bu mərasimlərdə bayram xonçaları ilə bərabər, nişan məclislərinin də qurulmasıdır. Deyilənə görə, çərşənbə axşamlarının qəribə qüdrəti var. Xüsusilə də Od çərşənbəsində qızların yanağı alışıb yanar, çəmən çiçəklərinə bənzəyərlər. Oğlanların isə sinələrində odlu ürək döyünər. Bu çırpıntıların mənasını isə Novruz bayramlarında evdən-evə qırmızı örtüklü xonçalarda gedən sovqatlar açıqlayar. 

Sudan içdik, oddan keçdik, indi üzü küləyə sarı gedirik.

Od çərşənbəniz mübarək! (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar