Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Nalbəndyan yəhudi dövlətinə iki günlük səfərə gedir


Ermənistanın İsrailə yaxınlaşmaq istəyində əsas hədəf


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün İsrailə iki günlük səfərə gedəcək. 

Ümumiyyətlə, son zamanlar işğalçı Ermənistanın İsraillə yaxınlaşamağa cəhd etdiyi müşahidə olunur. Ermənistan Azərbaycanın strateji tərəfdarı olan bu ölkədən nə umur? Bu səfər Azərbaycanın zərərinə ola bilərmi?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, İsrail-Azərbaycan münasibətləri Ermənistanı ən çox narahat edən məsələdir: “Bunun isə bir çox səbəbləri var: Əvvəla, yəhudi diasporu və lobbisi dünyada ən güclü və nüfuzlu diaspor və lobbidir. Bir çox strateji məsələlərdə yəhudiləri təkrarlamağa çalışan, xalq-ordu, diaspor-dövlət quruculuğuna iddia edən ermənilər üçün bu, çox böyük maneədir. Ermənilər bu reallıqla barışa bilməsələr də, hesablaşmaq məcburiyyətindədirlər. İsrailin Azərbaycanla münasibətləri isə erməniləri bu müstəvidə də rəqabətə çəkir. Başqa bir amil Azərbaycan-İsrail hərbi əməkdaşlığı ilə bağlıdır. Bu təkcə Ermənistanı deyil, onun tarixi himayəçisini də narahat edir. İsraildən alınan ən müasir silahlar Azərbaycanın arsenalını gücləndirir, Rusiya isə bunun müqabilində Cənubi Qafqazdakı mövqelərini və mövcud status-kvonu qorumaq üçün Ermənistana müxtəlif yollarla, əslində isə əvəzsiz silah vermək məcburiyyətində qalır. Azərbaycanı isə silah-sursat, hərbi texnika məsələsində özündən asılı sala bilmir. Son dövrlərdə Ermənistan rəsmilərinin İsrailə tez-tez səfər etmələri də buradan qaynaqlanır”.

Politoloq erməni xarici işlər nazirinin İsrailə səfərinin Azərbaycanın maraqlarına ciddi zərər vura biləcəyini düşünmür: “Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır və Ermənistan bu məsələdə həm demoqrafik, həm də etno-mədəni və siyasi baxımdan öncədən məğlub durumdadır. Azərbaycan sadəcə, regionun açar ölkəsi deyil, həm də bölgənin ən böyük xalqının dövlətidir. Azərbaycanın həm də tolerantlıq baxımından model olaraq da İslam dünyası üçün nümunə rolunu oynaması İsrail üçün önəm daşıyır. Bundan başqa, Azərbaycanda yaşayan bu və ya digər səbəbdən İsrailə və başqa ölkələrə köçən yəhudilər Azərbaycana çox bağlıdırlar. Azərbaycana böyük sevgi bəsləyirlər. Bu isə elə bir faktordur ki, Nalbandyan İsrailə 100 dəfə səfər etsə də nə alternativini təqdim edə, nə də dəyişə bilər. Deməli, onun səfərinin bizə hansısa ciddi zərər vuracağı gözlənilmir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar