Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Moskvada Qarabağ müzakirələri başlayır


Bu gün Moskvada Qarabağ müzakirələri başlayır – razılaşma olmasa, müharibə başlayacaq?


Rusiyanın uzun fasilədən sonra təşəbbüsü ələ alıb danışıqlara ev sahibliyi etməsi çoxsaylı suallar yaradıb.

Keçən ilin aprel döyüşlərindən sonra Rusiya növbəti dəfə Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesə ev sahibliyi edəcək - aprelin 28-də Moskvada Azərbaycan, RusiyaErmənistanın xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub.

Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir. Bu görüş Ermənistanın ya münaqişənin “Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək".

Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, RusiyaErmənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.(publika.az)

Qeyd edək ki, “Kazan düsturu” 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Kazanda keçirilən AzərbaycanErmənistan prezidentlərinin görüşündən sonra gündəmə gəlib. Bu variant ilkin mərhələdə işğal olunmuş rayonların qaytarılmasını, qaçqınların geri dönüşünü, daha sonra Qarabağın yekun statusunun müzakirə edilməsini nəzərdə tutur. Rusiya bununla öz sühməramlılarını da bölgəyə yerləşdirmək istəyir.

S.Markovun sözlərinə görə, əgər Ermənistan danışıqlar prosesindən yayınsa, bu, münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi deməkdir. “Axı hamımız anlayırıq ki, Bakı sülh perspektivlərini görməyəcəksə, başqa variantlara üz tutmağa məcbur olacaq. Bu baxımdan, Moskvada keçiriləcək görüş çox əhəmiyyətlidir”, - deyə o bildirib.

Rusiyalı politoloq rəsmi İrəvanın görüş haqqında heç bir rəsmi informasiya verməməsini, daha çox susqunluq nümayiş etdirməsini də şərh edib: “Ermənistanın sükutu onunla bağlıdır ki, MoskvaBakı çoxdan ”Kazan düsturu" əsasında həll variantına razıdır. Əlbəttə, MoskvaBakının mövqeləri arasında da fərqlər mövcuddur, lakin burada ümumi olaraq, ciddi sıçrayışa səbəb olacaq konstruktiv danışıqlardan söhbət gedir. Ermənistan indi çətin vəziyyətdədir. İrəvanda bəziləri danışırlar ki, “Kazan düsturu”na razılaşmaq lazımdır, digərləri bu mövqeyi qəti rədd edir və danışıqların kəsilməsini istəyir. İrəvandakı daxili nizamsızlıq qeyri-müəyyənlik yaradır".

S.Markov həmçinin, aprelin 25-də Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşdə səsləndirdiyi “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ciddi maneələr var” sözlərini də şərh edib. Onun fikrincə, Lavrov ATƏT-in baş katibinə qarşıdakı görüşlə bağlı məlumat verdi və “Kazan düsturu”nu dəstəkləməyi təklif etdi. “Deyəsən, bu məsələdə MoskvaATƏT-in mövqeləri yaxındır”, - deyə o bildirib.

Ancaq Moskva görüşü ilə bağlı yerli ekspertlərimizin fikirləri fərqlənir. Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tarixinin faciəli hadisələrindən biri olan 28 apreldə keçiriləcək Moskva görüşündə münaqişənin həlli istiqamətində hər hansı irəliləyiş gözlənilmir: “Bunu əlbəttə ki, iştirakçılar da yaxşı bilir. Hər iki münaqişə tərəfi - həm işğalçı Ermənistan, həm də zərərçəkən Azərbaycan sülh prosesinə bağlılıqlarını nümayiş etdirmək, danışıqlardan qaçan və prosesi pozan tərəf kimi görünməmək üçün bu tip görüşlərdən adətən yayınmırlar. Rusiyanın isə öz marağı var. Rusiya hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə faktiki olaraq rəhbərlik edən ölkədir. Digər həmsədr ölkələr ABŞ və Fransa qeyri-rəsmi olaraq bu məsələni Moskvaya həvalə ediblər və prosesə aktiv müdaxilə etmirlər. Qərb Rusiyanın problemin həllindəki dominant rolu ilə barışıb. Bu durumda Rusiya Qərbə və bütün dünyaya göstərmək istəyir ki, prosesə tam nəzarət edir, vəziyyətin nəzarətdən çıxmasına yol vermir və atəşkəsin əsas təminatçısıdır”.

Ekspertin fikrincə, eyni zamanda, Moskva hər kəsə nümayiş etdirir ki, hər iki münaqişə tərəfi onun sözünü dinləyir, sülh prosesi dayanmayıb və davam edir: “Nə qədər ki, Rusiyanın bu səviyyədə ağırlığı və təsiri davam edir, Dağlıq Qarabağda genişmiqyaslı müharibənin başlaması istisnadır. Çünki müharibə Rusiyanın liderlik etdiyi Minsk prosesinin iflası demək olar və bölgəyə kənar qüvvələrin müdaxiləsinə şərait yaradar. Moskva buna yol verməz. Bu durum Qərbi məmnun edir, ona görə, hesab edirəm ki, onlar Rusiyanın nizamlanma prosesindəki müstəsna rolunu məhdudlaşdırmaq niyyətində deyillər”.

Görüşdən gözləntilərə gəldikdə, Ş.Cəfərli hesab edir ki, Moskva görüşündə konkret müzakirə mövzuları təmas xəttində insidentlərin qarşısını almaq üçün mexanizmlərin qurulması və prezidentlərin növbəti görüşünün təşkili ola bilər:

“İnsidentlərin qarşısının alınması mövzusu ötən ilin aprel döyüşlərindən sonra danışıqların əsasını təşkil edir. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində məhz bu məsələ gündəmdə olub və şifahi razılaşmalar əldə olunduğu açıqlanıb. Şübhəsiz ki, belə bir mexanizmin yaradılmasında ən əvvəl Ermənistan, daha sonra isə bütün vasitəçilər - yəni Azərbaycandan başqa hamı maraqlıdır. Bu mexanizm cəbhə xəttində lokal toqquşmalar riskini ortadan qaldıracaq, işğalçının özünü rahat hiss etməsini təmin edəcək və münaqişə tam ”donmuş" olacaq. Bu, həm də mövcud status-kvonun davam etməsi mənasına gəlir. Azərbaycan prosesin bu istiqamətdə inkişafında qətiyyən maraqlı deyil və münaqişənin real həlli üzrə substantiv müzakirələrin aparılmasını istəyir. Bu mövqe isə öz növbəsində Rusiyanı və Ermənistanı qane etmir. Yəni proses hazırda faktiki olaraq dalana dirənib".

Bir sıra ekspertlərin Moskva görüşündən sonra üçün proqnozlaşdırdıqları müharibə təhlükəsi barədə də ekspertlərimizin rəyini öyrəndik. Politoloq Arzu Nağıyev bildirdi ki, müharibə ehtimalı inandırıcı görünmür: “Çünki görüşlərin davam etməsi bir müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda görüş naminə görüşlərin də keçirilməsi Azərbaycan üçün gərəkli deyil. Məlumdur ki, məlum fevral hadisələri, qondarma ”referendum" və seçkilərdən sonra görüşlər olmayıb. Təbii ki, görüşlərin keçirilməməsi ilk növbədə ermənilərə xeyirdir, bununla işğalçı mövcud status-kvonu saxlayır. Bu isə bizi razı sala bilməz. Çünki vaxt uzandıqca problemin həlli məsələsi də çətinləşir. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlər, o cümlədən həllin ən çox asılı olduğu Rusiya susur. Ermənilərə təzyiq mexanizmi artıq yox dərəcəsindədir, belə işlər isə iki dövlət arasında gərginliyi daha da artırır və hətta lokal hərbi əməliyyatlara gətirib çıxara bilər. Buna görə də danışıqlar lazımdır və əgər bu danışıqlar da nəticə verməsə, artıq təzyiq vasitələrinin həyata keçirilməsi şansı yarana bilər".

Beləliklə, tərəflərin hərbi üstünlüyünü artırmaq istiqamətində ciddi hərəkətə keçdiyi bir ərəfədə keçirilən Moskva görüşündən çox şey asılıdır. Hər halda, Rusiyanın məhz bu görüş ərəfəsində Bakıya yeni silah partiyasını yola salması da olduqca diqqətçəkicidir. Ermənilər bunu Kremlin İrəvana təzyiqi sayır, hesab olunur ki, Rusiya Azərbaycanın Avrasiya Birliyinə qoşulmasının müqabilində Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılması tələbini işə sala bilər. Ancaq unutmayaq ki, bu, hələlik sadəcə erməni iddiasıdır...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar