Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Cabbarova general rütbəsi verilə bilər


Bu gün vergi xidməti işçilərinin peşə bayramıdır


 “AzPolitika.info” xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı iıə hər il fevralın 11-i—Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradıldığı gün vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bununla bağlı prezident hər ii Vergilər Nazirliyinin əməkdaşlarının bir qismini fəxri adlarla, yeni rütbələrlə təltif edir.

Ona görə də Vergilər Nazirliyində baş verən böyük dəyişiklikdən sonra ilk peşə bayramlarını qeyd edən vergi əməkdaşları kimlərin təltif ediləcəyilə bağlı Prezidentin sərəncamlarını maraqla  gözləyirlər. Həm də yalnız vergi əməkdaşları deyil… Bu dəfə kimlərin təltif olunacağı geniş ictimaiyyətin də diqqət mərkəzindədir. Ən azı ona görə ki,  təltif olunanların yeni nazir Mikayıl Cabbarovun Vergilər Nazirliyində həyata keçirdiyi  kadr islahatları zamanı “vurulanlar” arasında olma ehtimalı azalacaq.

Əlbəttə, Vergilər Nazirliyində kimlərin yeni rütbələrlə və fəxri  adlarla təltif olunacağı prezidentin sərəncamlarından sonra məlun olacaq.  “AzPolitika.info”nun əldə etdiyi məlumata  görə, yeni vergilər naziri Mikayıl Cabbarov  da  yeni rütbə ilə təltif edilənlər arasında olacaq.

Məlum olduğu kimi, Mikayıl Cabbarov nazir təyin olunsa da, ona rütbə verilməmişdi. Halbuki, sabiq vergilər naziri Fazil Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviri idi ki, bu da  general-polkovnik sayılır.

Hazırda Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışanların əksəriyyəti general rütbəsi daşıyır. Buna görə də, Mikayıl Cabbarova da general rütbəsi verilməsi gözlənilir.

Qeyd edək ki, I dərəcəli dövlət vergi xidməti müşaviri  general-polkovnik, II  dərəcəli dövlət vergi xidməti müşaviri  general-leytenant, III dərəcəli dövlət vergi xidməti müşaviri  general-mayor sayılır.  Mikayıl Cabbarova veriləcək övlət vergi xidməti müşaviri dərəcəsi onun rütbəsini də müəyyən edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar