Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Azərbaycan və Belarusun futbol yığmaları qarşılaşacaqlar


Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək


“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yoldaşlıq matçı çərçivəsində Belarus yığmasını qəbul edəcək. Bu, millinin 46 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk ev qarşılaşması olacaq.

Yığmanın baş məşqçisi qismində Türkiyənin Antalya bölgəsində Moldova kollektivi ilə qolsuz heç-heçə başa çatan oyunda debüt edən Q.Qurbanov yanvarın 30-dakı görüşə dəvət etdiyi 24 futbolçudan 11-ni Belarus və Makedoniya ilə duellər üçün çağırmayıb. Bunlar Əfran İsmayılov, Rahid Əmirquliyev, Mahir Mədətov, Ramil Şeydayev, Abbas Hüseynov, Şahrudin Məhəmmədəliyev, Cavid Hüseynov, Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk və Bəhlul Mustafazadədir.

Əvəzində Səlahət Ağayev, Namiq Ələsgərov, Asif Məmmədov, Ürfan Abbasov, Tural Axundov, Rəşad Eyubov, Amil Yunanov, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Araz Abdullayev və Dmitri Nazarova etimad göstərilib.

Bakı Olimpiya Stadionunda keçiriləcək matç Azərbaycan və Belarus yığmalarının 3-cü görüşü kimi tarixə düşəcək. İlk qarşılaşma 1996-cı il mayın 27-də Molodeçnoda reallaşıb və qalib müəyyənləşməyib – 2:2. Həmin dueldə yığmanın ilk qolunu məhz Q.Qurbanov vurub.

2001-ci il fevralın 26-da isə bu kollektivlər Bolqarıstanda üz-üzə gəliblər. Azərbaycan millisi Zaur Tağızadənin qolu ilə minimal hesablı qələbə qazanıb.

Yoldaşlıq oyunu

23 mart

20:00. Azərbaycan – Belarus

Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)

Bakı Olimpiya Stadionu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar