Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək


İlk oyun günü iki ukraynalı mütəxəssisin dueli baş tutacaq


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə baş tutacaq bir matçda ukraynalı mütəxəssislərin rəhbərlik etdikləri kollektivlər - “Keşlə” və “Qəbələ” üz-üzə gələcək.

“İnter Arena”da keçiriləcək qarşılaşmaya tərəflər fərqli məqsədlər üçün çıxacaqlar. Hazırda 15 xalla 7-ci pillədə qərarlaşan meydan sahibləri turnir cədvəlindəki durumunu yaxşılaşdırmaq haqda düşündüyü halda, 38 xalla 2-ci pillədəki qonaqlar lider “Qarabağ”la aradakı fəqin daha da böyüməməsi üçün çalışırlar. Digər tərəfdən, “qırmızı-qaralar” “üçlüy”ü qapayan “Zirə”dən uzaqlaşmaq istəyirlər.

Azərbaycanda 4-cü mövsümünü keçirən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu müddətdə titul əldə edə bilməsə də, komandasına iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırıb. Qış fasiləsində “Keşlə”nin sükanı arxasına keçən Yuri Maksimovun qarşısına isə Azərbaycan Kubokunu götürmək tapşırığı qoyulub. Lakin 50 yaşlı mütəxəssisin işləri heç də yaxşı getmir. Sonuncu turda “Neftçi”yə 2:3 hesablı məğlubiyyətdən sonra "Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi", - söyləyən Maksimovun hər an keşləlilərlə vidalaşması mümkündür. Bu baş verərsə, R.Qriqorçuk Azərbaycan klubuna rəhbərlik edən yeganə əcnəbi baş məşqçi ünvanını geri alacaq.

Bu komandaların ilk iki dövrədəki oyunlarında “Qəbələ” qalib gəlib. Evdə 3 cavabsız qolla sevinən “qırmızı-qaralar” səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Umumiyyətlə, bu kollektivlər 43-cü dəfə qarşılaşacaqlar. İlk görüşləri 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. “Qəbələ” 14 qələbə qazanıbsa, 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.

Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 14 dəfə yenilib. 22-ci dəfə “Keşlə”nin qonağı olacaq “Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib, 10 dəfə məğlub olub.

Qəbələ” artıq 11 matçdır “Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn əyalət təmsilçisi bu matçlarda ən azı 2 qol vurub.

Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. Həftəiçi “Neftçi” – “Qarabağ”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Kəpəz” duelləri olacaq.

Azərbaycan Premyer Liqası, XX tur

15:30. “Keşlə” – “Qəbələ

“İnter Arena” 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar