Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək


Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək


Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.
 
Avrokuboklarda Türkiyənin yeganə təmsilçisi olan “Beşiktaş” “Lion”la qarşılaşacaq. Fransada baş tutacaq oyunda “qara qartal”ın hədəfi ikinci oyun üçün vətənə sərfəli nəticə ilə dönməkdir. İstər daxili arenada, istərsə də Avrokuboklarda olduqca uğurlu mövsüm keçirən istanbulluların hədəfi ən az finala qədər irəliləməkdir. Ancaq bu oyun Şenol Günəşin komandası üçün o qədər də asan olmayacaq. Belə ki, əsas oyunçuları Abubakar və  Quarejmanın uyğun olaraq cəza və zədə səbəbindən oynamaması komandanın işini çətinləşdirir. “Beşiktaş”dan fərqli olaraq yaxşı günlər keçirməyən “Lion”da isə ciddi itki yoxdur. “Roma”nı geridə qoyaraq türklərə rəqib olan komanda yenidən parlaq dönəmlərinə qayıtmaq istəyir.
 
Turnirin əsas favoriti “Mançester Yunayted” isə Belçika səfərinə yollanacaq. “Qırmızı şeytanlar”ın rəqibi “Anderlext” olacaq. Fil Cons, Xuan Mata, Ueyn Runi, Kris Smollinq və Eşli Yanqın xidmətindən məhrum olan ingiltərəliləri David De Xeanın vəziyyətinin qeyri-müəyyən olması da narahat edir. İngiltərə Premyer Liqasında ilk “4-lüy”ə düşmək şansını xeyli çətinə salan Joze Mourinyonun komandası üçün gələn mövsüm Çempionlar Liqasına qatılmağın ən rahat yolu məhz Avroliqadan keçir.
 
1/4 final mərhələsinin digər matçlarında “Ayaks” “Şalke”ni, “Selta” isə “Genk”i qəbul edəcək. Bu komandalar arasında yalnız “Ayaks”ın ölkə çempionatından ÇL-ə yollanmaq şansı qalır. Hollandiya təmsilçisi yenidən Avropa arenasında titul qazanmağa çalışacaqsa, digər 3 komanda sürpriz edərək, finala qədər irəliləmək niyyətindədir.
 
Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
 
13 aprel
 
23:05. “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)
23:05. “Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
23:05. “Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya)
23:05. “Selta” (İspaniya) – “Genk” (Belçika)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar