Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu deputatlar mandatdan məhrum edilə bilərlər


Milli Məclis üzvünün parlamentdaxili məsuliyyəti ilə bağlı tələblər artırılıb


PİA.AZ APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 45-ci (Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları) və 46-cı ( Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə təklif olunan yenilikdə göstərilib.
 
Layihəyə əsasən, Nizamnamənin 45-ci maddəsinə deputatın parlamentdaxili məsuliyyəti ilə bağlı aşağıdakı tələblər əlavə olunur:
 
- Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
 
- Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda;
 
Maddədə hazırda qüvvədə olan tələblər isə bunlardır:
 
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda;
 
-  Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;
 
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının normal gedişini və iş qaydasını pozduqda;
 
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda;
 
- Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə;
 
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);
 
- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə
 
Deputat parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.
 
Təklif olunan tələblərə əsasən isə Milli Məclisin deputatı ilə bağlı aşağıdakı intizam tədbiri də əlavə olunur:
 
- Deputatın mandatdan məhrum edilməsi;
 
Maddənin hazırda qüvvədə olan variantında intizam tədbirləri bunlardır:
 
- xəbərdarlıq;
 
- söz kəsmə;
 
- iclas salonundan çıxarma;
 
- töhmət;
 
- deputat səlahiyyətlərinin itirilməsi.
 
Layihə parlamentin birgə komitələrinin bugünkü iclasında müzakirəyə çıxarılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar