Cümə axşamı, 24 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bu da Tayvanın robot-tozsoranı...

Tayvanın “EQL Technology” şirkəti CES sərgisində yeni smart ev robotunu təqdim edib


Lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, kiçik ekranda cizgi filmindəki simaya malik olan “Qubi” ilk baxışdan bazardakı digər populyar botlara çox oxşayır. Ancaq o, kiçik dəyişilən “Roomba” tozsoranına malikdir.

Şirkət əməkdaşlarının sözlərinə görə, robot ev yığışdıra, digər smart cihazlara qoşula, hətta əsl köməkçi və mühafizəçi kimi ev sahibinə hər şeyin qaydasında olduğu barədə bildirişlər də göndərə bilir. 

Onun cihazdan ayrılan bir disk tozsoranı da var. Yenilik insanın sağlamlığına da nəzarət edə bilir ki, məsələn, ona təzyiqi yoxlamağı da xatırladır. 

Cihaz sifət və nitqin tanınması seçimlərinə də malikdir. O, səsli komandalara reaksiya verir və insanla ünsiyyətə daxil olmağı da bacarır.
 
Tayvan şirkəti hələlik cihazın satış qiyməti və satışa başlanılacağı tarixlə bağlı heç bir məlumat verməyib. 

pia.az
Etiket:
loading...