Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüsseldə bir çox aviareys ləğv olundu: yollarda 900 kilometrlik tıxac yarandı

Brüsselin “Zaventem” beynəlxalq aeroportu sərnişinləri xüsusi məlumat almadan dekabrın 11-ə planlaşdırılan və güclü qar səbəbindən ləğv olunan reyslərə gəlməməyə çağırıb


AzərTAc xəbər verir ki, hava limanının nümayəndələri qarın qrafiki pozmasına hazır olduqlarını, uçuş zolaqlarının təmizlənməsi və hazırlanması üçün lazımi addımlar atdıqlarını bildiriblər. Bu səbəbdən aeroport müvəqqəti olaraq bağlanıb, həmçinin reyslər ləğv olunub və ya gecikib.

Belçikada gecə yağışlarını əvəz edən qar səbəbindən avtomobil tıxaclarında milli rekord müəyyən olunub – onların uzunluğu 900 kilometri ötüb.

Xatırladaq ki, güclü qar Avropanın bir sıra digər iri şəhərlərində də nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradır. Britaniya paytaxtının əsas hava limanı olan Hitrouda aviareyslər böyük ləngimələrlə həyata keçirilir. Almaniyanın maliyyə paytaxtı Frankfurtda 300-dən çox aviareys ləğv olunub, Düsseldorf şəhərinin hava limanı dörd saat bağlı qalıb.

 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar