Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilir
PİA.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub və həmsədrlərin iştirakı ilə keçirilir.
Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusudur.
pia.az