Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı


Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib


S.Cavid bunu bu gün "The Sun" qəzetinə müsahibəsində bildirib.

S.Cavid hadisənin bir anda baş verdiyini qeyd edib: "Mən Londonda Yuston vağzalı yaxınlığında idim.  Telefonumu əlimə aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar".

Daxili işlər naziri Böyük Britaniya şəhərlərində küçələrdə zorakılığın azaldılması üçün internetdə bıçaq satışına qadağa qoyulmasını, polislərin gənclərlə profilaktiki söhbətlər aparmasını, o cümlədən narkotik satıcıları ilə mübarizənin gücləndirilməsini zəruri sayıb.

Qeyd edək ki, S.Cavid bu il aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub. S. Cavid Pakistan əsilli miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili işlər naziridir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar