Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalı deputatdan Azərbaycana dəstək


Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü baronessa Manzur “Many Happy Returns” (MHR) kampaniyasına öz dəstəyini www.manyhappyreturnsidp.com vasitəsilə bəyan edib


Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, B.Manzur 20 ildən artıq ictimai sektorda müxtəlif vəzifələrdə çalışıb və 8 ilə yaxın İngiltərə və Uels üzrə Baş İcraçı və Hüquq Xidmətləri Ombudsmanı kimi fəaliyyət göstərib. Bundan əvvəl isə o, İngiltərə və Uels üzrə Milli Səhiyyə Xidməti Siyasəti Şurasının üzvü olub.

Baronessa Manzur hər zaman bərabərliyə əsaslanan cəmiyyətin inkişafına çalışıb və II Elizaveta onun irq və gender (cinsi bərabərlik) diskriminasiyası ilə bağlı mübarizəsini yüksək qiymətləndirərək 1998-ci ildə onu Britaniya İmperiyasının Ordeni ilə təltif edib.

MHR kampaniyasının diqqət mərkəzində Qarabağ münaqişəsinin qurbanı olan 1 milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınlar durur.

Azərbaycanlı didərginlərin vəziyyəti ilə bağlı məlumatların tirajlanmasında MHR kampaniyasına uğurlar arzulayıram. Ümid edirəm ki, məcburi köçkün və qaçqınlar tezliklə evlərinə qayıdacaqlar” - deyə baronessa Manzur bildirib.

MHR kampaniyasına “Many Happy Returns” adı ingilissayağı təbrik mesajı əsasında verilib. Bu kampaniya həmçinin, Azərbaycanlı məcburi köçkün və qaçqınlarının öz evlərinə dönmək arzusuna istinad edir. İnternet səhifəsində məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş və Azərbaycanın76 rayonunda yerləşən qaçqın düşərgələrindən yalnız 3-nün məcburi köçkünlərinə aid fotolar yerləşdirilib.

20 il öncə imzalanmış atəşkəs haqqında sazişə və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, torpaqları işğal olunanlar hələ də öz doğma torpaqlarına qayıda bilməyirlər.

MHR internet səhifəsi eyni zamanda ictimaiyyətin üzvlərinə, sadəcə 30 saniyə vaxtlarını ayıraraq, BMT Dünya Qaçqınlar Gününün dəyişilərək Dünya Qaçqın və Məcburi Köçkünlər Günü kimi qeyd edilməsi təklifini dəstəkləməyə imkan yaradır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar