Britaniyada müvəqqəti yaşayış mənzillərində məskunlaşan uşaqların sayı artıb
Rəsmi hesablamalara əsasən, ötən illə müqayisədə bu il ölkədə evsiz uşaqların sayı 3 dəfə çoxalıb. Məlumata əsasən, yerli icra komitələri hazırda 120 min 540 uşağı və onların ailələrini müvəqqəti mənzillərlə təmin edir.
Birləşmiş Krallıqda yerli icra orqanlarının assosiasiyasından bildirilib ki, bu rəqəmlər ciddi narahatlıq doğurur. İcra orqanları daha əlverişli şərtlərlə evlər tikməli və evsiz insanlara dəstək olmalıdır.
pia.az