Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya şahzadəsi evləndi - baş nazir toya dəvət edilməyib


İngiltərə yeni şahzadə gəlininə “xoş gəldin” dedi


Dünya bu gün növbəti dəfə şahzadə nağılına şahidlik edir. 

Rol aldığı “Suits” serialı ilə məşhurlaşan Meqan Markl şahzadə Harri ilə evlənib. Musavat.com istinadən xəbər verir ki, dünya mediası bu mərasimdən dəqiqə-dəqiqə xəbər yayıb.

Şahzadə Harri ilə nişanlandığının elan edildiyi gündən bu yana necə bir gəlinlik geyinəcəyi müzakirə mövzusu olan Meqan Marklın anası Doria Ragland ilə birgə mindiyi maşında ilk dəfə gəlinliyi ilə görüntülənib. Uzun saçlarını yığan Meqan Markl duvağındakı parıltılı tac diqqət çəkib.

Şahzadə Harri isə toyun keçirildiyi yerə böyük qardaşı şahzadə Uilyamla birlikdə xalqı salamlayaraq gəlib. Şahzadə Harri və şahzadə Uilyam gəlinin kilsəyə gəlişini gözləyib.

St George Şapeli`ində Meqan Markl və şahzadə Harri qarşılıqlı olaraq evlilik andlarını içdilər və ardınca da ikisi də “”Evlənməyi qəbul edirsinizmi” sualına “Edirəm” cavabını verib.

Toy mərasimini televizorları əvəzinə, yerində, Vindsor şəhərində izləmək istəyənlər səhərin erkən saatarında şəhərə axın edib. Günün ilk işıqlarından etibarın yeni evli cütlüyün keçid edəcəyi məkan dolmağa başlayıb.

Aktyor Corc Kluni ilə həyat yoldaşı Amal Cluni, məşhur ulduz İdris Elba, keçmiş futbolçu Devid Bekham və xanımı Viktoriya, televizyiyaçı Opra Uinfri, sənətçi Elton Con, məşhur ulduz Priyanka Çopra və tennisçi Serena Uilyams mərasimə qatılıb. 

Toy mərasimi ilə bağlı bəzi detallar isə aşağıdakılardır:

- Cütlüyün toyuna isə məşhur qonaqlar öz şıqlıqları ilə damğa vurub. Gun boyu davam edəcək toya 2 min 500-dən artıq insan dəvət edilərkən qonaqlar şıqlıqları ilə göz qamaşdırıb.

- Markl Vindzordaki kilsəyə səhərin erkən saatlarında gəlib gözləməyə başlayan minlərlə insanın qışqırıqları arasında girib. Günorta saatlarında başlayan mərasimə kraliça Yelizaveta həyat yoldaşı şahzadə Filiplə daxil olub. Markl kilsənin nərdivanlarını tək-tək çıxarkən sadə və uzun quyruğu olan gəlinliyi ilə diqqətləri özünə çəkib.

- Meqanın anası Doria Ragland isə mərasim zamanı göz yaşlarına hakim ola bilməyib.

-Kral ailəsinin digər gəlini Keyt Middletonun izini təqib edən Meqan Markl təbii bir makiyaj tərcih edəcəyini və makiyajını özünün edəcəyini açıqlamışdı. Meqanın gəlin paltarı isə tarixi fransız moda evi Givenchy-nin sənət rejissoru ingilis dizayneri Klara Veyt Keller tərəfindən hazırlandı.

-Şahzadə Harri gələcək həyat yoldaşı Meqan üçün özü dizayn etdiyi bir üzük seçdi. Qızıl üzük böyük bir brilyantın ətrafında iki kiçik brilyantla bəzədildi. Böyük daş Harrinin ikinci ev olaraq gördüyü Bostvanadan, kiçik daşlar isə Dianaya aid olan bir broşdan təsirlənərək hazırlanıb. Üzüyü isə kral ailəsinin rəsmi zərgəri olan Cleave&Company ərsəyə gətirib.

-Hər kəsin həvəslə gözlədiyi toyda təhlükəsizlik tədbirləri isə ən üst səviyyəyə çıxarılıb. Görkəmli tədbirin təhlükəsizliyini 3 mindən artıq polis təmin edib. Ən böyük təhdidlər arasında terror hücumları, Kral ailəsinin fanatikləri və aksiyalar yer alırdı. Yaddaşlarda yer edəcək toy üçün təhlükəsizlik üst səviyyəyə çıxarıldığı halda, ingilis ənənələrinə görə polislərin çoxu odlu silah daşımayıb. Şahzadə Harri Britaniya taxtının beşinci varisidir.

 Ölkənin baş naziri Tereza Mey də daxil olmaqla, digər rəsmi şəxslər toya dəvət olunmayıb. Kraliça buna səbəb kimi mərasimin rəsmi dövlət tədbiri olmadığını əsas gətirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar