Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya nazirlərinin, səfirlərin və polis rəislərinin kompüter faylları Putinin əlindədir - İddia


ABŞ-ın The Times jurnalı Böyük Britaniyanın gündəmini zəbt edən yeni bir iddia ortaya atıb


Jurnalın veridiyi xəbərə görə, Putinin hakerləri ölkənin bütün dövlət sisteminə daxil olaraq milyonlarla faylların parollarını ələ keçiriblər.

Məlumata əsasən, hökumət üzvlərinə, səfirlərə, polis şeflərinə məxsus bu parollar hakerlər tərəfindən virtual bazarda satışa belə çıxarılıb.

Jurnalist Luis Qoddardın araşdırmasına görə, Britaniyanın təhsil naziri Castin Qrininq və Biznes işləri üzrə nazir Qreq Klarkın da hesabları haker hücumuna məruz qalıb parolları oğurlananlar arasındadır.

Qreq Klark və Castin Qrininq

Daha sonra oğurlanmış məlumatlar bazası iki siyahıya bölünüb. Burada Britaniya parlamentinin minlərlə əməkdaşının, habelə 7 min polisin və mindən çox Xarici işlər nazirliyinin işçisinin, o cümlədən nazirliyin İT direktorunun qeydiyyat məlumatları yer alıb.

Təhlükəsizlik üzrə ekspertlərin rəyinə görə, hakerlər bu informasiyalardan hökumət akkauntlarına daxil olmaq üçün istifadə ediblər.
“Siyahılardan birinin bir özəl rus haker forumunda peyda olması, məhz həmin ölkənin xüsusi xidmət orqanlarının bu işdə əli olduğunu sübut edir”, müəllif yazır.

The Time Rusiya prezidenti Vladimir Putinin iyun ayında rus hakerləri ilə bağlı suala cavab verərkən dediyi sözləri xatırladır. Putin “Birbaşa xətt” adlı proqramda “vətənpərvər ruhlu hakerlərin Rusiya haqqında pis fikirdə olan şəxsləri cəzalandıra biləcəyini” söyləmişdi.
Qoddard haker hücumları sayəsində 800 milyondan çox parol və ünvanın sındırldığını da yazıb. Bütün bu məlumatlar bazası isə cəmi 2 funtdan bazarda açıq satışa çıxarılıb.

Müəllif satışda olan məlumatlar içərisində yüksək rütbəli dövlət məmurlarının Linkedin, MySpace və Rusiyanın “Vkontakte” kimi sosial şəbəkələrindəki hesablarının ortaya çıxdığını qeyd edir.

“Bu cür onlarla kiber hücum sayəsində hakerlər öz qurbanlarının profillələrini (şəxsi xarakteristikasını) detallı şəkildə tərtib edib onu daha yuxarı instansiyalara çatdıra bilirlər”, müəllif yazır.

Hakerlər tərəfindən ələ keçrilən hesablarda 10 illər ərzində yığılan milyardlarla şəxsi informasiya ilə bağlı məlumat, istifadəçi adları və onların şifrələri mövcuddur.

Bunların arasında gov.uk domeni daşıyan 10 minlərlə dövlət məmurunun ünvanı, habelə parliament.uk domeni ilə bitən minlərlə parlamanet poçtunun ünvanları var.

The Time hakerlərin ABŞ-da da eyni əməlləri törətdiyini qeyd edib. Jurnalın yazdığına görə, hakerlər əsasən seçici siyahılarına xüsusi maraq göstəriblər. Kiber cinayətkarlar bundan seçicilər haqqında informasiyaların dəyişdirilməsi , habelə onlarla bağlı şəxsi məlumatların oğrulanması məqsədilə istifadə ediblər.

“Məsələn İllinoys ştatında Rusiya agentləri tərəfindən oğurlanan 90 min seçici hesabında onların sürücülük vəsiqələrinin nömrələri, sosial sığorta hesablarındakı 4 rəqəmli şifrələri ortaya çıxıb”, İllinoys seçki komissiyasının baş müşaviri Ken Menzel jurnala bildirib.

Hazırda Konqresdə həmin məlumatların seçkiqabağı dövrdə Donald Trampın seçki qərargahına çatıb çatmadığı yoxlanılır.

“Əgər Trampın seçki qərərgahından kimsə bu məlumatlardan istifadə edibsə, o zaman soruşmaq lazımdır ki, onlar bunları necə və kimdən alıblar”, - Konqresin kəşfiyyat üzrə komitəsinin əməkdaşı, Demokrat partiyasından olan Maykl Bahar Time jurnalına söyləyib.
Jurnalın yazdığına əsasən, kəşfiyyat və hüquq mühafizə orqanlarının hazırkı və keçmiş işçiləri bir ağızdan oğurlanan məlumatlardan Trampın seçki qərərgahının iştirakçılarını məxfi əməliyata cəlb etmək üçün istifadə olunması ehtimalının qüvvətli olduğunu söyləyirlər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar