"Çelsi"nin sahibi Roman Abramoviç Böyük Britaniya hökumətinin sanksiyası ilə üzləşə bilər
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, ona və bir neçə rusiyalı oliqarxa qarşı tədbirlər müzakirə mərhələsindədir.
2018-ci ilin yanvarından Britaniyada əcnəbi mülkiyyətçilərin kapital mənbəyi araşdırılır. Rusiyalı iş adamları maliyyəni hardan əldən etdiklərini açıqlamasa, onların mülklərinə həbs qoyula bilər. Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir.
pia.az