Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya “Facebook” və “Twitter”i sanksiya ilə hədələdi

“Facebook” və “Twitter” Rusiyanın “Brexit” referendumuna təsir göstərib-göstərmədiyi barədə Britaniya parlamentinin araşdırmasına əngəl törətməkdə davam edərsə, sanksiyaya məruz qala bilər


Lent.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, bu xəbərdarlıqla müvafiq araşdırmanı aparan Böyük Britaniya İcmalar Palatasının Mədəniyyət, KİV və İdman üzrə komitəsinin sədri Demien Kollinz çıxış edib. O bildirib ki, hər iki ABŞ şirkətinə Rusiyanın bu platformalarda apardığı dezinformasiya kampaniyası barədə bütün lazımi informasiyaları təqdim etmək üçün 2018-ci il yanvarın 18-nə qədər vaxt verilib: “Dezinformasiya mənbələrini identifikasiya etmək üçün “Facebook” kimi şirkətlərin dəqiq izləmə üsulu olmalıdır. Xüsusən də söhbət başqa ölkə tərəfindən siyasi məqsədlə aparılan dezinformasiyadan gedirsə”.

 

D. Kollinz qeyd edib ki, sosial şəbəkələr bu cür fəaliyyətləri necə əngəlləyəcəkləri barədə parlamentə məlumat verməlidir: “Biz isə, öz növbəmizdə, onlara deməliyik ki, öz saytlarında baş verənləri daha yaxşı izləsinlər. Əgər siz bunu etmirsinizsə və bu cür əməllərə reaksiya vermək barədə xahişləri qulaqardına vurursunuzsa, onda sizə qarşı sanksiya tətbiq edilməlidir”.

 

Britaniyalı parlamentar istisna etməyib ki, sanksiya variantlarından biri sosial şəbəkələrdə reklam məhdudiyyəti ola bilər.

Qeyd edək ki, oktyabr ayında britaniyalı parlamentarlar Rusiyanın “Brexit” referendumunun nəticələrinə mümkün təsirləri barədə araşdırma aparılmasını tələb ediblər. Dekabrın ortalarında “Facebook” məlumat verib ki, Rusiya ilə bağlı səhifələr “Brexit” ərəfəsində cəmi 1 dollar dəyərində 3 reklam yayıblar. Lakin bu məlumat parlamentarları qane etməyib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar