Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brexit qərarının Azərbaycana iqtisadi təsirləri

DNF bir. gündə 468,2 milyon dollar məzənnə itkisinə məruz qalıb, Azərbaycan nefti 5 faizə qədər ucuzlaşıb


İqtisadçı ekspert Qubad İbadoğlu özünün "facebook" hesabında İngiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarının dünyada və Azərbaycanda yaratdığı iqtisadi təsirləri şərh edib. 

Həmin açıqlamasını diqqətinizə çatdırırıq:

"Dünya bazarları İngiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarından sonra  təlatüm içərisindədir. Son dövrlər sabitliyi ilə seçilən ingilis funt-sterlinqi dünyanın əsas  valyutaları qarşısında dəyərini kəskin  itirib. İngilis pulunun dəyər itirməsinin Azərbaycan iqtisadiyyatına  birbaşa  və  dolayı  təsirləri vardır. Birbaşa  təsir ilk növbədə aktivlərinin 5 faizə qədərini ingilis funt sterlinqində və 35,5 faizini  avropda saxlayan, eləcə də Londonda, Parisdə və Milanda əmlaka malik olan  Dövlət Neft Fonduna (DNF)  və   hər iki valyuta ilə yığımları və əsasən də Londonda mülkü və biznesi olan Azərbaycan şirkətləri və vətəndaşlarınadır.

Gəlin əvvəlcə DNF-yə diqqəti çəkək. Bu ilin  aprelin 1-ə olan məlumata görə, DNF-nin aktivlərinin  valyuta səbətində 1 milyard 150 milyon 700 min funt-sterlinqdə  və 10 milyard 655 milyon 800 min avroda  vəsait var idi. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq  dollara nəzərən 1 gündə 7.66 faiz, avro isə 2,64 faiz dəyər itirib. Hesablamalar göstərir ki,  DNF-nin   valyuta səbətində olan  funt sterlinin dollarla müqayisədə 7,66 faiz dəyər itirməsinə görə,  88 milyon funt-sterlinq və ya 115 milyon dollar, avronun dollara nisbətən 2,64 faiz dəyərsizləşməsinə görə isə 281.3 milyon avro və ya 326 milyon dollar məzənnə fərqindən itki yaranıb. Hər  iki valyuta üzrə  DNF-nin  məzənnə itkisi 441  milyon dollar olub.

Bununla yanaşı,  DNF-nin  Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və ilkin satış  dəyəri 177 milyon 350 min funt-sterlinq olan ofis kompleksi, habelə Parisdə ilkin satış dəyəri 135 milyon avro olan ofisi, eləcə də  Milan şəhərinin tarixi biznes mərkəzində 97 milyon avroya alınan «Palazzo Turati» ofis binasından ibarət daşınmaz əmlak kompleksi də Britaniyanın Avropa Birliyində çıxma qərarından sonra məzənnə itkilərinə məruz qalıb. Hesablamalara görə, Londondakı ofis  kompleks məlum səbəbdən 13.5 milyon funt-sterlinq və ya 18.6 milyon dollar, Parisdəki  ofis kompleksi isə 4.8 milyon avro və ya 5.6 milyon dollar, Milandakı ofis kompleksi  isə 2.56 milyon avro və ya 3 milyon dollar ucuzlaşıb. Bütövlükdə əmlakın dəyərsizləşməsindən DNF-nin  3 Avropa şəhərindəki əmlakları  bir gündə 27,2 milyon dollar dəyərsizləşib.

Beləliklə, Britaniyanın Avropa Birliyindən çıxması qərarından sonra valyuta bazarlarında baş verən dəyişikliklər nəticsəində DNF-nin aktivləri  dollar ifadəsində 1 gündə   468.2 milyon  azalıb.

Yeri gəlmişkən onu  da qeyd edim ki,  Bu hesablamalar məzənnə dəyişilliyindən asılı olaraq azala və ya arta bilər.

Dolayı təsirə gəlincə, bu daha çox əmtəə bazarlarına təsirlərdən qaynaqlanıb. Belə ki, Brexit qərarından sonra dünya bazarlarında Azərbaycan neftinin qiyməti 5 faizədək ucuzlaşıb. Bu da təbii ki,  Azərbaycanın ixracat gəlirlərinin azlmasını şərtləndirir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar