Çərşənbə, 16 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Braziliyalı futbolçu “Beşiktaş”ın prezidentini qəzəbləndirdi


"Beşiktaş"ın Cenk Tosunun boşluğunu doldurmaq üçün transfer olunan Vaqner Lav klubu çətin vəziyyətə qoyub


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvard ötən mövsümdən qalan 700 min avro borc üçün FİFA-ya şikayət edib. 

Lavın "qara qartallar"la hələ 2 illik müqaviləsi var. Futbolçunun bu hərəkəti Beşiktaş prezidenti Fikret Ormanın hiddətinə səbəb olub. "Habertürk"ün yazdığına görə məsələdən xəbər tutan Orman : "Biz onu bütün təzyiqlərə rəğmən dəstəklədik. Bizə nə fayda verdi ki, şikayət də edir? Zaman-zaman məvaciblərdə yubanma olur, amma ödəmələr edilir. Bundan sonra klubda qala bilməz. Lazım gəlsə, borc müqabilində pulsuz göndərərik", - deyib.

Qeyd edək ki, məvacibinin gecikdirilməsindən narazı qalan digər legioner Qari Medel olub. O, vəkili vasitəsilə rəhbərlikdən ödəniş etməyi istəyib. Vəziyyətin gərginləşməməsi üçün çilili futbolçunun tələbi yerinə gətirilib.

pia.az
Etiket:
loading...