Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliya prezidenti G-20 sammitində iştirak etməyəcək


Braziliya prezidenti Mişel Temer G-20 (“böyük iyirmilik”) ölkələri liderlərinin sammitində iştirakını ləğv edib


APA-nın xəbərinə görə, bu barədə M. Temerin administrasiyasının məlumatında bildirilir.

Qərarın səbəbləri açıqlanmır. G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

İyunun 27-də Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb. Baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib. Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin üçdə ikisi təqdim edilən sənədi dəstəkləməlidir.

Qeyd edək ki, may ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliya Ali Məhkəməsinə göndərilən səs yazısı olub. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar